Mükərrəmoğlu M.

 

“Leyli və Məcnun” operasının tamaşaya qoyulmasından 100 il ötür

 

Yanvarın 25- Opera Balet Teatrında xalqımızın böyük oğlu dahi Üzeyir bəyin “Leyli Məcnun” operasının yubiley tamaşası göstəriləcək. Bu operanın Azərbaycan səhnəsində neçə dəfə oynanıldığını demək çətindir. Ancaq o məlumdur ki, hər dəfə səhnəyə qoyulanda bu opera geniş tamaşaçı auditoriyasının böyük marağına səbəb olmuşdur. Bunun sirrini açmağa tədqiqatçı alimlərimiz bu gün səy göstərirlər hər dəfə yeni arqumentlər gətirirlər. Əlbəttə, burada Füzuli dühasının, Üzeyir bəy istedadının qovuşuğundan Azərbaycan muğamlarının əvəzolunmazlığından daha çox danışırlar.
Bu operanın yaranma tarixi ilə bizi xalq yazıçısı Anar “Uzun ömrün akkordları” filmindən tanış edib. “Leyli Məcnun” şərqin ilk operası kimi səhnəyə qoyulduğu vaxtda böyük rezonans doğurmuşdu onun sədası Avropaya da gedib çatmışdı.
Doğrudur, Azərbaycanda o vaxta kimi teatrın xeyli ənənələri yaranmışdı. “Leyli Məcnun” isə bu vaxta kimi yaranan tamaşalar içərisində daha
mürəkkəb quruluşa malik, yeni janrda olan bir əsər idi. İlk redaktədə əsər 5 pərdə 6 şəkildə nəzərdə tutulmuşdu. Sonrakı quruluşlarda 4 pərdə 6 şəkildə oynanılırdı.
Üzeyir bəy bu operada Azərbaycanın bütün muğamlarından istifadə etmişdir. Həm təkcə istifadə yox, elə yerləşdirmə aparmışdır ki, hər bir muğam qəhrəmanların obrazlarını üzvi şəkildə tamamlaya bilir. Üstəlik xalq mahnılarının əsərə əlavə olunması çox maraqlı bir forma yaratmışdır. Bəlkə ona görə “Leyli Məcnun”u Azərbaycanın musiqi ensiklopediyası adlandırırlar.
Operanın ilk tamaşasının quruluşçu rejissoru Hüseyn Ərəblinski idi. Onun qarşısında çox çətin bir vəzifə dururdu. Çünki Leylini oynayası aktrisa yox idi. Ancaq bu rolu Əbdürrəhman Fərəcov oynadı. O vaxt o, çayçı şagirdi idi. Sarabski onu görmüşdü Ərəblinskiyə tövsiyə etmişdi. Böyük çətinlikdən sonra onun razılığı alınmış, yalnız bir tamaşa oynamış, sonra isə imtina etmişdi. Hüseynqulu Sarabski Məcnun, C. Dağıstani İbn Salam, M. Kazımovski Məcnunun anası, Mirzə Muxtar Məcnunun atası rollarında çıxış etmişlər.
Bundan sonra “Leyli Məcnun” dəfələrlə yeni quruluşda səhnəyə qoyulmuşdur. Mən bu tamaşalardan Mehdi Məmmədovun quruluşunda 1976- ildəki F.Səfərovun 1994-cü ildəki quruluşlarına tamaşa etmişəm. Xalq artisti Arif Babayevi Məcnun, mərhum müğənni Nəzakət Məmmədovanı Leyli rolunda, eyni zamanda Baba Mirzəyevi Məcnun, Zeynəb Xanlarovanı Leyli rollarında görmüşəm. Hər iki quruluşda “Leyli Məcnun” operası olduqca cazibədar, yüksək dramaturji vəziyyətləri məharətlə əks etdirən bir sənət əsəri kimi meydana çıxmışdı.
Son zamanlar “Leyli Məcnun” yeni quruluşda səhnəyə gətirildi rejissor Hafiz Quliyev onu tamaşaçılara b
öyük ustalıqla təqdim etdi. Bu dəfə isə Leylini xalq artisti Nəzakət Teymurova, Məcnunu isə xalq arstisti Mənsum İbrahimov ifa edir. Neçə illərdir ki, bu iki sənətçi Leyli Məcnunun yorulmaz ifaçılarıdırlar. Yanvarın 25- isə operanın yubiley tamaşasında yenə onlar oynayacaqlar.
Əlbəttə, məsələ təkcə bu əsərin neçə dəfə tamaşaya qoyuluşunda deyil, əsas olan budur ki, “Leyli Məcnun” operası hər dəfə oynanılanda rejissorlar yeni motivlər tapır, əsəri tamaşaçıya orijinal üslubda t
əqdim edirlər.
“Leyli Məcnun” operası dünyada məşhurdur. Həmin opera əsasında “Azərbaycantelefilm” birliyində 1996- ildə film-opera çəkilmişdir. Rejissorlar Nazim Abbas Şamil Nəcəfzadə filmə orijinal formada quruluş vermişlər.
İllər, əsrlər ötəcək, bu opera səhnəmizdə yenə əvvəlki təravətlə yaşayacaq. Çünki onun mənbəyi böyük Füzuli, dahi Üzeyir bəy bir Azərbaycanın xalq musiqisidir.

 

Xalq qəzeti.- 2008.- 8 yanvar.- S. 6.