Sarıyeva İ.

 

Yeni Xalçaçılıq Fondu Xalçalarımızı qoruya biləcəkmi?

 

Ənvər Qarayev: Təbliğatdan çox şey asılıdır

 

Lətif Kərimov adına Xalçaçılığın İnkişafı Fondu İctimai Birliyi yaradılıb. Bu baradə Bakı-Xəbərə Fondun vitse-prezidenti Ənvər Qarayev məlumat verib. Ə.Qarayev bildirdi ki, bütüıı dünyada qədim və müasir Azərbaycan xalçalarının təbliğatına böyük ehtiyac var. Azərbaycan xalçalarının fars, erməni, Qafqaz xalçaları adı ilə təqdim edildiyini deyən Ə.Qarayev bu təşkilatın xəttilə Azərbaycan xalqına ınsxsus xalçaların adını özünə qaytarmaq niyyətində olduqlarını bildirdi:

Bizim qarşımızda duran əsas məsələlərdən biri də müasir Azərbaycan xalçaçılığını dünyada tanıtmaqdır. Digər tərəfdən, rəhmətlik Lətif Kərimovun böyük mədəni irsi - çap olunmamış məqalələri, xalça eskizləri qalıb. Biz onun çap edilməmiş əlyazmalarını çap etdirmək, xalça eskizlərini toxutdurmaq istəyirik.

Ə.Qarayev milli xalçaçı-lıq sənətimizi dünyada təbliğ etmək üçün üç dildə-Azər-baycan, ingilis alman dil-lərində Azərbaycan xalçası jurnalını nəşr edəcəkləri-ni dedi: Bu da xalçaçılığın təbliğində böyük rol oyna-yacaq.

Etiraf edək ki, bu gün dünya xaa bazanda Azərbaycan xalçaları məxsus olduğu xalqın, dövlətin adı ilə təqdim edilmir. Siz özünüz də dediniz ki, dünya muzeylərində Azərbaycan xalçaları digər xalqların adı ilə təqdim edilir. Ədaləti bərpa etmək sizin təşkilat üçün çətin olmayacaq ki? - deyə qurumun vitse-prezidentindən soruşduqda o, cavabında biz buna ciddi cəhdlə çalışacağıq. Bizim xalçalar, əsasən İran xalçası adı ilə təqdim edilir. Çoxları bilmir ki, İranda neçə milyon azərbaycanlı yaşayır, onlar elə bilir ki, bu, fars xalçasıdır. Ona görə də biz xalçalarımızın sərgilərini təşkil etmək, adımızı özümüzə qaytarmaq istəyirik. Təbliğatdan çox şey asılıdır. Biz Fransada sərgi təşkil etmək istəyirik, hazırda onlarla danışıqlar gedir. O sərgi xalça da, müasir qobelen, bədii metal nümunələri, milli geyimlərimiz nümayiş ediləcək. Təbii ki, burada Azərbaycan milli dekorativ tətbiqi sənətinin nümunənərilə tanış olacaqlar. Bilirsiz ki, Azərbaycanda hər lgənin özünəməxsus xalça ənənələri var. Bu məktəblər bir-birindən fərqlənir - deyə bildirdi.

Məlum olduğu kimi, dünyanın əksər ölkələrindən Azərbaycana xalça idxal olunur, yerli bazarda, demək olar ki, milli xalçaya rast gəlinmir. Azərbaycan xalçalarının yerli dünya bazarlana çıxmasında kimi məhdudiyyətlərin olmasına gəldikdə, Ə.Qarayev bu sahədə heç bir problem olmadığını bildirdi. Ə.Qarayev xaricdən satış məqsədilə ölkəmizə gətirilən xalçaların yerli xalçalardan bir neçə dəfə ucuz oldüğu üçun kənardan gətirilən xalçalan bazarda çoxluq təşkil etdiyini daha çox alıcısının olduğunu dedi: Bizim xalçalar xaricə ixrac olunur. Azərxalçanın dünyanın müxtəlif ölkələrilə müqaviləsi var. Azərxalça ənənəvi xalçaları xaricə ixrac edir. Sadəcə olaraq, İran, Hindistan başqa ölkələrdə toxunan xalçalar nisbətən ucuz qiymətə olduğu üçün o xalçaların satışı daha çoxdur. Bizim xalçaların toxunuşu mürəkkəb olduğu onun qiyməti bir qədər bahadır onlar az satılır. Bizim xalça bütün dünyada istər məzmununa, istər texnikasına, istərsə rəng koloritinə görə öndə gedən xalçalardır, onu, əsasən turistlər ahr. Xalça mağazalarında həm müasir, həm qədim xalçalar var. Bizim xalçaların satışı o qədər çox olmasa da, amma var. Yaxşı xalça rəssamlarımız var, maraqlı əsərlər işləyirlər. Həm ölkə daxilində, həm ölkə xaricində keçirılən sərgilərdə əsərləri göstərilir. Çox zaman bu xalça nümunələri xaricdəki qalereya sahibləri tərəfindən alınır. Bu da Azərbaycan xalçasının bir növ təbliğat üsuludur.

İtib-batmaq üzrə olan xalça çeşnilərinin olmadığını deyən Ə.Qarayevin sözlərinə görə, elə bir qədim Azərbaycan xalçası yoxdur ki, onun nümunəsi olmasın: Bizim fondun əsas işindən biri itməkdə olan xalça çeşnilərini bərpa etmək, yaxud da onu yenidən toxumaqdır. Bilirsiz ki, Şeyx Səfi xalçası Londonda Viktoriya-Albert muzeyindədir. Dəfələrlə rəsmi müraciətlərimizə baxmayaraq, o xalça bi vermirlər. Bizim öz xalça seximizdə Şeyx fi xalçası olduğu kimi dəqiqliyilə yenidən toxunacaq. Bunun ölçüsü də, rəngləri , iplər təbii rənglərlə rənglənəcək eynilik təşkil edəcək. Digər xalça növlərimiz tamadi olaraq toxunur.

Ə.Qarayev Lətif Kərimov adına Xalçaçılığın inkişafı Fondu ictimai Birliyinin Azərbaycan Mədəniyyətinin Dostları Fondu tərəfindən maliyyələşdirildiyini aylan maliyyə vəsaitindən səmərəli istifadə edərək, Azərbaycan xalçasın dünyada təbliğatı sahəsində böyük işlər gördüklərini bildirdi.

 

Bakı xəbər.- 2008.- 23 yanvar.- S. 15.