Tariximiz, dəyərlərimiz...

 

Azərbaycamn xalq qəhrəmam Koroğlunun adı ilə bağlı qalalara Türkiyə, Orta Asiya, Cənubi Azərbaycan və Cənubi Qafqazda, o cümlədən respublikamı-zın Şəmkir, Gədəbəy, Tovuz və s. rayonlarınm ərazilərində rast gəlmək olar. Əsasən, XVII əsrdə inşa edilmiş Koroğlu qalalarımn ümumi cəhəti onların hər-bi-strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilməsidir. Koroğlu qalaları özünə-məxsus memarhq xüsusiyyətlərinə də malikdir.

Korqğlu qalalari

Şəmkir şəhəri yaxmlığmdakı Koroğlu qalası hündür təpə üstündə, relyef xüsusiyyətləri nəzərə almaraq yonulmuş daşlardan tikilmişdir. Qala sakinlərini yağış-qar suyu ilə təmin etmək üçütt təpədo eni 30-40, dərinliyi 15-30 santimetr olan biri-biri ilə birləşdirilmiş çalalar qazılmışdır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu gün qalanın yalnız xarabalıqlan qalmışdır.

Tovuz rayonumm ərazisində olan Koroğlu qalası Xatmcan kəndi ilə Qalabad kəndi arasmda, çay sahilində, ən uca qaya üstündə tikilmişdir. Bu qala da çox dağmtıya uğradığından, onun memarhq quruluşımu aydmlaşdırmaq çətindir.

Zəyəm çaymın Sol sahilində yüksə-lən qala cpğrafı mövqeyinə görə ətraf ərazi üzərində dominant idi. Qala ilə çay sahiliarası.enişdir və bu enişdə qə-dim yaşaış yerlərinin izləri gözə dəyir. Qalamn şimal tərəfi südırım qayalığa dirənir. Həmin qayahq üstündə hörülən divarlar müdafiəyə tam yararlı şəkildə salınmışdır. Qərbdən Koroğlu qalasmı sərt yamaclar, sıldırım qayalar dövrələ-yir. Qayalıq qalanm cənub tərəfində də davam edir. Onu dövrəbyən sıldınm qayalar bir çox yerlərdə daş hörgü ilə möhkəmləndirilmişdir. Şimal hissədə qala divarlarınm qalıqlan da çoxdur. Bütün bunları nəzərə alaraq, qeyd etmək olar ki, Xatıncan kəndindəki Koroğlu qalasmm təbii müdafiə imkanlan çox yüksək olmuşdur. Qalanın içərisində daş hörgülü möhkərn divarlardan ibarət su hovuzu var. Həm-çinin təsərrüfat əhəmiyyəti olan quyulara da rast gəlmək mümkündür.

. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində başqa bir Koroğlu qalası da var. Bu qalanm tikintisi daşdan aparıldığından divar və bürclər qayaların dinamik biçimlərinə qaynayıb-qarışmış, təbii görünüş almış-dır. Bəzi tarixi ədəbiyyatlarda qalanm gizli yolunun olduğıı bildirilir.

Gədəbəy rayonunda sıldırım qaya üzərində ucalan möhtəşəm Koroğlu qalası strateji baxımdan alduqca əlverişli yerdədir. Qalanın qərb tərəfı südırım qayalıqdır. Qala divarlarınm eni bir metrə yaxmdır. Qalanın daxilin-də müxtəlif tikililərin xarabalıqlarına rast gəlmək olar.

Gədəbəy rayonu ərazisində Koroğlunun adı ilə bağlı zağa, dərə, qalaça, qaya və xalq arasmda bunlarla bağh müxtəlif əfsanələr mövcuddur. Bakı Dövlət Universitetinin dosenti, coerafiya elmləri namizədi Nadir Məmmədovun 1993-cü ildə çapdan çıxmış "Azərbaycanın yer adları" adlı kitabmda bununla əlaqədar çox maraqlı məlumatlar verilmişdir. Müəl-lif yazır: "Gədəbəy rayonu Dördlər kəndi yaxınlığmda Koroğlu qayası vardır. Xalq içərisində rəvayətə görə, Koroğlu əvvəlcə həmin qayanın üstündə gəzib, buradan düşmənlərinin gəlib-gəlmədiyinə göz qoyurmuş. Eyni ərazidə Koroğlu yarğanı adı da qeydə almışdır. Söylənilən rəvayətə görə, bu, Koroğlu qayadan Qırat belindən sıçrayıb düşdükdən sonra keçdiyi yarğandır".

Tarixi qaynaqlarda Koroğlunun tarixi şəxsiyyət olduğu qeyd olunur. Osmanlı dövləti ilə Səfəvilər arasda baş ver müharibələr XVI əsrin sonu-XVII əsrin əvvəllərində Cəlalilər hərəkatının baş verməsinə gətirib çıxarmışdır. XVI əsrin 90-cı illərində Şərqi Anadoluda başlanan Cəlalilər hərəkatı XVII əsrin əvvəllərində Azərbaycana və qonşu ərazilərə də yayılmışdı. Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulan müflisləşmiş kəndlilər və şəhər yoxsulları yerli hakim dairələrin üzərinə hücum edərək, onların var-dövlətini ələ keçirirdilər. Müxtəlif tayfalar içərisindən çıxmış cəlali dəstə başçılarından ən məşhuru Azərbaycan türkü Koroğlu idi. Rəvayətə görə, Cənubi Azərbaycanın Salmas şəhəri yaxınlığındakı Xarabaqala Koroğlu tərəfindən ucaldılmışdır. Koroğlu dastanının bir çox variantlarında qəhrəmanın ən çox fəaliyyət göstərdiyi yerlər kimi Naxçıvan, o cümlədən Cənubi Azərbaycanın Salmas və Xoy əraziləri olduğu qeyd olunur. Həmçinin dastanlarda Koroğlunun məskəni olan Çənlibel qalasının Naxçıvanda və Makuda yerləşdiyi bildirilir.

 

Mübariz keşikdə.- 2009.- 15 yanvar.- S. 3.