Berlində Müslüm Maqomayevə həsr edilmiş gecə keçirilmişdir

 

Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlində fəaliyyət göstərən "Bakılı" Cəmiyyəti görkəmli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş gecə təşkil etmişdir.

Tədbirdə "Bakılı" Cəmiyyətinin sədri Elmira Əşrəfova, Bakı Musiqi Akademiyasının keçmiş əməkdaşı İlyas Hüseynov və başqaları çıxış edərək görkəmli sənətkar, dünya şöhrətli müğənni haqqında xoş xatirələr söyləmiş, Azərbaycan rəhbərliyinin, xüsusilə ümummilli lider Heydər Əliyevin ona göstərdiyi qayğıdan danışmışlar.

Gecədə Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilmiş, dahi sənətkarın repertuarından əsərlər səsləndirilmişdir.

Xatirə gecəsində hazırda Almaniyanın müxtəlif şəhərlərində yaşayan, vaxtilə Müslüm Maqomayev ilə ünsiyyətdə olmuş, onu yaxından tanıyan incəsənət xadimləri, musiqiçilər və digər şəxslər iştirak etmişlər.

 

Respublika.- 2009.- 25 yanvar.- S. 4.