“101 yaşlı “Leyli və Məcnun”

 

Azərbaycanda ilk milli opera olan "Leyli və Məcnun" operasının səhnələşdirilməsinin bu ay 101 ili tamam olur.

Üzeyir Hacıbəylinin ev-muzeyində vaxtilə sənələşdirilən əsərlərinin, o cümlədən də "Leyli və Məcnun" tamaşalarından nadir fotoşəkillər, afişalar, digən sənədlər nümayiş etdirilir. Bu soraqlar Azərbaycan mədəniyyətinin yaşarılığının, davamlı, bənzərsiz inkişafının sübutudur.

"Leyli Və Məcnun"u yazanda Üzeyir Hacıbəyli 22 yaşında idi. Fitri bəstəkarlığı, üstəlik də qələmkarlığı ona həyatın fövqünə qalxmaq, xəlqi taleyi ifadə etmək qüdrəti vermişdi. Yaxın tariximizdə Leyli və Məcnun rollarında tanınmış sənətkarlar Zeynəb Xanlarova, Arif Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov, Səkinə İsmayılova, Alim Qasımov, Qəndab Quliyeva, Səfa Qəhrəmanov, Rəsmiyyə Sadıqova, Raziyə Şirinova, Aygün Bayramova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Nəzakət Teymurova, Mənsum İbrahimov və başqaları çıxış ediblər.

Azərbaycan professional musiqisinin yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin gördüyü işlər son dərəcə heyrətamizdir. Üzeyir bəyin Azərbaycan Xalq Cümhuriyətinin möhtəşəm himnini yazması, o dövrdə Cümhuriyyətin yaşaması üçün xeyli gərəkli sahələrdə çalışması onun daim millətimiz üçün yaşamasından xəbər verir. Üzeyir Hacıbəylinin gördüyü işlərin qətiyyən inkar edilməməsi şərtilə indi də yeni-yeni nəfəslərin meydana çıxmasına, yeni-yeni sənət zirvələrinin yaranmasına böyük ehtiyac var. Bu, hər şeydən əvvəl o deməkdir ki, böyük mənada yeni yaradıcılar meydana çıxmalıdır. Möhtəşəm sənətkarlar yenə də özünəməxsus şəkildə fərdiliklərini yaratmalı və yaddaşlarda bu cür iz qoymalıdırlar.

Yeri gəlmişkən, 101 il qabaq Bakıda səhnələşdirilən "Leyli və Məcnun" operasının ikinci tamaşasından etibarən qadın rolunun ifaçısı kimi tamaşaçıların diqqətini cəlb edən, az sonra "Əhməd Ağdamski" təxəllüsü ilə özünü ictimaiyyətə təqdim edən Əhməd Bədəlbəyov haqqında indiki nəsil demək olar, heç nə bilmir. Sənətkarın oğlu, professor Telman Ağdamski dediyinə görə, Əhməd Ağdamskinin Üzeyir Hacıbəyov və onun qardaşı ilə doğma, ciddi münasibətləri olub: "Atam xalası oğlu Üzeyir bəydən bir yaş böyük olub. 20-ci yüzilin əvvəllərində tədricən elm, mədəniyyət inkişaf etməyə başlayırdı. Üzeyir bəy yazırdı ki, o dövrdə Azərbaycanda mədəniyyət axtarmaq minlərlə buğdanın içində darını axtarıb tapmaq kimi çətin bir məsələ idi. Məhz xalqı düşdüyü durumdan qurtarmaq üçün fədakar insanlar meydana çıxdı. Bu çabalar isə Üzeyir bəyin "Leyli və Məcnun" operası ilə müəyyən bir mərhələnin yaranmasına və inkişaf etməsinə səbəb oldu. Hələ 19-cu yüzilin axırlarında Şuşada Ə.Haqverdiyev "Məcnun Leylinin qəbri üstündə" adlı bir məqamı səhnələşdirmişdi. O zaman bu partiyanı məşhur xanəndə Cabbar Qaryağdıoğlu oxumuşdu. Üzeyir bəy bu hadisədən sonra "Leyli və Məcnun" operasını səhnələşdirmək fikrinə düşdü. Əslində böyük çətinliklər operanın səhnələşdirilməsi zamanı meydana çıxır. O zaman camaatın opera haqqında təsəvvürü belə yox idi. Muğam oxuyan hər hansı bir kəsin birbaşa səhnəyə çıxarılması mümkün deyildi. Üzeyir bəy əsərin məşqlərinə əvvəldən tanıdığı Hüseynqulu Sarabskini Məcnun roluna dəvət edir. Bu, o çağlar idi ki, qadınları nəinki səhnəyə, ümumiyyətlə, teatra qoymazdılar. Belə şəraitdə qadın rollarını oynamağa bir kəs tapılmırdı. İmkanlı, intelligent adamların xanımları teatra gələndə onların lojada xüsusi yeri olurdu, qabaqlarına da pərdə çəkilirdi ki, kimsə onların sifətini görə bilməsin. Çox axtardıqdan sonra Leyli roluna bir çayxana şagirdini tapırlar".

Qeyd edək ki, "Leyli və Məcnun" operasında ilk dəfə Leyli rolunu yaradan Əbdürrəhim Fərəcov olub. Ə.Fərəcov rolun öhdəsindən gəlsə də, bundan sonra hədələr başlayır. Lağ obyekti olmaqdan usanan Ə.Fərəcov ikinci tamaşaya gəlmir, səhnədən uzaqlaşır. İkinci tamaşanın aprel ayının 21-də qoyulması planlaşdırılır. Üzeyir bəyin yadına düşür ki, "Realni" məktəbdə oxuyan xalası oğlu Əhməd Bədəlbəyov məlahətli səsi ilə onları vəziyyətdən çıxara, Leyli rolunu ifa edə bilər. Üzeyir bəy Əhməd Ağdamski ilə məsləhətləşir, cidd-cəhdlə onu inandırır, razılığını alır. Beləliklə də, 1922-ci ilə kimi Əhməd Ağdamski Üzeyir bəyin yazdığı bütün opera və operettalarda qadın rollarını ilk dəfə və böyük məharətlə yaradır. "Ər və arvad"da Minnət xanım, "Şeyx Sənan"da Xumar, "O olmasın, bu olsun"da Gülnaz xanım, "Rüstəm və Söhrab"da Təhminə, "Əsli və Kərəm"də Əsli, "Arşın mal alan"da Gülçöhrə, "Leyla və Harun"da Leyla və başqa rolları yaradır. 1916-cı ildə Soltan Hacıbəyov "Aşıq Qərib" operasını yazır. Əhməd Ağdamski burada da rolunun öhdəsindən məharətlə gəlir: "Atam olmasaydı, o dövrdə "Leyli Məcnun", eləcə də digər tamaşalar bu səviyyədə qarşılanmayacaqdı".

Professor Gülnaz Abdullazadə Üzeyir Hacıbəyli fenomeninin Azərbaycan tarixində, ictimai fikrində oynadığı əhəmiyyətli, son dərəcə əvəzsiz rolundan danışaraq bildirir ki, Üzeyir Hacıbəyli Azərbaycan tarixində baş verən qalmaqallı, köklü dəyişiklər şəraitində dünyaya gəlib və sanki millətin taleyi onun taleyinə çevrilib: "O zamankı Azərbaycanın ictimai həyatında təzadlar üzərində qurulmuş qeyri-sabit cəmiyyət yaranmışdı ki, bu da yeni həyat tərzi ənənələrinin yaradılmasına imkan vermirdi. Bir tərəfdən yerli əhalinin Şərq dünyasına, islam dininə bağlılığı, digər tərəfdən neft sənayesi ilə bağlı Avropadan böyük axının olması Bakıda fəhlə sinfinin yaranması nəticəsində Azərbaycanda yeni ictimai münasibətlərin əmələ gəlməsi ilə əlaqədar idi. Üzeyir Hacıbəyli insanların əsrlər boyu çəkdiyi acınacaqlı həyat və çaşqınlığın yaddaşlardan silinməsinə, soydaşlarını bir insan, vətəndaş kimi dirçəltməyə və yaşatmağa çalışırdı, siyasi, ictimai yolla bacarmadığı addımlarını sənət əsərləri vasitəsilə həyata keçirirdi. Onun dahiliyi də bunda idi. Yaratdığı obrazlar, musiqi parçaları hər bir insanın ürəyinə yol tapır və doğmalaşırdı. Heç də təsadüfi deyil ki, Üzeyir bəyin zəngin yaradıcılıq dünyasına vardıqca istər-istəməz vahidlik və milli ruh yüksəkliyi yaranırdı. Təbiidir ki, bunu kənardan izləyənlər heç də az deyildi. Hələ sağlığında bunların arasında şüurlu şəkildə Üzeyir bəyin bütün yaradıcılığına təcavüz edənlər az deyildi. Amma son dövrlər biz Üzeyir bəyə paxıllığın şahidi olduq: onun demək olar ki, bütöv şəxsi arxivi - not əlyazmaları, elmi əsərləri ilə bağlı qeydləri, əlyazmaları, operaların, operettaların, kontataların və s. kiçik və böyük əsərlərin ilk, yaxud yeganə partitura nüsxələri, o cümlədən "Leyli və Məcnun", "Arşın mal alan", "Şah Abbas və Xurşudbanu" kimi əsərlərin, çoxsaylı məktublaşmalar, eləcə də Qori seminariyası dövründən nişanlısı, sonralar həyat yoldaşı Məleykə xanımla, musiqi əsərlərinin quruluşu ilə bağlı keçmiş SSRİ və digər ölkələrlə apardığı sözləşmələr, deputat kimi məktublarında əks olunan yazışmaları, saysız-hesabsız afişalar bu qəbildəndir. Həmçinin Üzeyir bəyin 1912-ci il tarixi ilə qeyd olunmuş "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsərinin əlyazma nüsxəsi, bəstəkarın şəxsi əşyaları, doğum haqqında şəhadətnamə və s. itmə təhlükəsi qarşısında idi". Bu qiymətli sərvətin sözün əsl mənasında xilası mühüm əhəmiyyətə malik idi. Araşdırmaçının fikrincə, Üzeyir bəy "Leyli və Məcnun" operası ilə Azərbaycanın gələcək musiqi dilinin istiqamətini göstərdi: "Operettaları vasitəsilə tipajlar yaratdı, millətimizin psixoloji özəyini açdı. Bununla o, kütlənin şüurunu formalaşdırmış oldu. Heç təsadüfi deyil ki, indiyə qədər də "Məşədi İbad", "Arşın mal alan" kimi əsərlərdə səsləndirilən fikirlər xalq arasında zərb-məsələ çevrilib".    AŞ PA Ermənistana təzyiqləri artırır

Rəsmi İrəvan AŞ PA-nın qış sesssiyası zamanı səsvermə hüququnun əlindən alınacağından təlaşa düşüb

Ermənistan spikeri Avropa Şurasını şantaj etməyə cəhd göstərir

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Ermənistandakı vəziyyətin müzakirəsinin gündəliyə salınması rəsmi İrəvanı təlaşlandırıb. Bu narahatçılıq təsadüfi deyil.

Ötən ilin mart ayında öz xalqını belə atəşə məruz qoyan, müxalifətin etiraz aksiyasını qan içində terrorçu Serj Sərkisyan rejimi ciddi təzyiqlərə məruz qalır.

Məlumatlara görə, AŞ PA yanvarın 29-da Ermənistanın səs hüququnun ləğvi haqqında qərar verəcək Xatırladaq ki, ötən ilin dekabrın 17-də Parlament Assambleyasının monitorinq qrupu Ermənistanın AŞ PA-nın 1609 və 1620 saylı qətnamələrini yerinə yetirməsinin vəziyyəti haqqında hesabat layihəsini qəbul edib. Yeri gəlmişkən, AŞ PA-nın sözügedən qətnamələr prezidentliyə namizəd Levon Ter-Petrosyan seçkilərin nəticələrini qəbul etmədikdən, hakimiyyətin müxalifət mitinqini güllə-barana tutmasından, çoxsaylı insan ölümüylə nəticələnən proseslərdən sonra qəbul olunub.

 

Xalq cəbhəsi.- 2009.- 15 yanvar.- S. 14.