Musaoğlu İ.

 

Zaqatalada anım mərasimləri

 

Bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin on doquzuncu ildönümü ilə əlaqədar Zaqatala rayonunda dünən silsilə tədbirlər keçirilmişdir.

Həmin gün şəhər icra hakimiyyətinin başçısı Asif Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri ictimaiyyətin nümayəndələri əsaslı təmir olunan, əslində yenidən qurulan Şəhidlər Xiyabanına gələrək şəhidlərin ölməz xatirəsini ehtiramla yad etmiş, önünə əklil gül-çiçəklər düzmüşlər. Sonra tədbir iştirakçıları rayonun Suvagil, Əli Bayramlı Muğanlı kəndlərində inşa olunmuş şəhidlərin xatirə komplekslərinin açılışı ilə davam etdirilmişdir.

Daha sonraQala düzüistirahət mərkəzində ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif ƏsgərovunTariximizin qan yaddaşımövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi xüsusi olaraq bildirdi ki, məhz ümummilli liderimiz Heydər Əliyev 1990- il yanvar ayının 21- sovet imperiyasının bütün qadağalarına baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş, xalqımıza qarşı törədilmiş bu qanlı cinayətin təşkilatçılarını iştirakçılarını pisləmiş, bəyanat vermişdir. Natiq bu bəyanatın xalqımızın haqq səsini müdafiə edən ilk sənəd onun köməksiz olmadığını bütün dünyaya yayan cəsarətli bir addım olduğunu bildirmişdir. Daha sonra, qeyd olunmuşdur ki, məhz ulu öndərimiz yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmiş, qanlı faciənin bütün dünyaya tanıdılması üçün çox görülmüşdür. Məruzədə Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə diqqət qayğının artırılması sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyi 20 Yanvarın Azərbaycan tarixinə milli azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizənin zirvəsi kimi daxil olduğu xüsusi vurğulanmışdır.

Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuşAzadlığa gedən yollarfilmi nümayiş etdirilmiş, ədəbi-bədii kompozisiyalar göstərilmişdir.

20 Yanvar faciəsinin on doqquzuncu ildönümü ilə bağlı rayonun bütün yaşayış məntəqələrində, təhsil, səhiyyə mədəniyyət ocaqlarında anma mərasimləri, foto rəsm sərgiləri təşkil olunmuş, məktəblər arasında inşa müsabiqələri keçirilmişdir. Rayon Olimpiya idman kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş yeniyetmələr arasında cüdo üzə rayon birinciliyi keçirilmişdir.

Rayondakı bütün şəhid ailələrinə yardımlar göstərilmiş, ehsan süfrəsi təşkil olunmuş şəhidlərin ruhuna dualar oxunmuşdur.

 

Xalq qəzeti.- 2009.- 20 yanvar.- S. 7.