Aysel

Həm mağaza, həm kitabxana

 

Obyektin açılış mərasimi yanvarın 16-da keçiriləcək

 

Mədəniyyət Turizm Nazirliyi M.Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanasının nəzdində Azərbaycanda ilk dəfə olaraq kitabxana-kitab mağazası yaradıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu layihə prezidentin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının kitabxana-informasiya sahəsinin 2008-2013-ci illərdə inkşafı üzrə dövlət proqramı" çərçivəsində həyata keçirilib. Kitabxana-kitab mağazasının açılış mərasimi yanvarın 16-da keçiriləcək. Həmin mağazada respublikanın müxtəlif nəşriyyatlarında çap olunan ictimaiyyət tərəfindən maraqla qarşılanan nəşrlərin təbliği satışı həyata keçiriləcək. Əhalinin artan informasiya tələbatını ödəmək məqsədi ilə Rusiya Federasiyasında nəşr olunmuş rus, ingilis s. xarici dillərdə elmi-populyar nəşrlər, uşaq ədəbiyyatı, ensiklopediya, lüğət, məlumat-sorğu ədəbiyyatı, elektron kitablar alınıb ki, kitabxana-kitab mağazasında oxuculara təqdim olunacaq. Kitabxana-kitab mağazasında müasir tələblərə cavab verən "Sərgi salonu", "Uşaq yaradıcılıq otağı" fəaliyyətə başlayacaq. Açılış mərasimində mədəniyyət turizm naziri Əbülfəz Qarayev, tanınmış ziyalılar, oxucular, ictimaiyyət KİV nümayəndələri iştirak edəcəklər. Tədbirdə M.Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanası tərəfindən hazırlanmış maraqlı ədəbi kompozisiya, nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı səhnəciklər nümayiş etdiriləcək.

 

Həftə içi.- 2009.- 15 yanvar.- S. 7.