Quliyeva Z.


Dünya şöhrətli bəstəkara həsr olunmuş gecə

 

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, xalq artisti Firəngiz Əlizadə 1976-cı ildən dünyanın ən möhtəşəm konsert salonlarında özünün fortepiano sonatasını ifa edərək müəllif və ifaçı kimi uğur qazanmışdı.
Sonrakı illərdə Stokholmda, Varşavada, Londonda, Mexikoda, Daysburqda keçirilən musiqi festivallarında F.Əlizadənin əsərləri ifa olunur müəllif dünya musiqiçilərinin parlaq simalarından biri kimi şöhrət qazanır.
Bu günlərdə "Üns" teatrında tanınmış bəstəkarın yaradıcılıq gecəsi müəllif konserti keçirilmişdir. Gecədə Firəngiz Əlizadənin musiqi mədəniyyəti qarşısındakı xidmətlərindən danışıldı. 2002-2006- illər ərzində Nyu-York, Milan, Turin, London, Tokio, Sinqapur, Vyana, Berlində s. ölkələrdə müəllif konserti ilə Azərbaycanı dünyada tanıtmasından söhbət açıldı. O da vurğulandı ki, bu ilin payızında Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı F.Əlizadənin Nərgiz Paşayevanın librettosu əsasında yazılmış "İntizar" operası tamaşaçılara təqdim ediləcəkdir. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev onun Azərbaycan musiqisi qarşısındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilməsi barədə ölkə Prezidenti İlham Əliyevin sərəncamını oxudu yüksək mükafatı Firəngiz xanıma təqdim etdi.
Yaradıcılıq gecəsində bəstəkarın "Atəş", "Dərviş" "Çarpazlaşma" kompozisiyaları ifa olundu. Müəllif konserti tamaşaçıların alqışları ilə qarşılandı.

Azərbaycan.-2007.-9 iyun.-S.7.