Natiq Rəsulzadənin yeni kitabının təqdimatı olub

 

Azərbaycan Yazıçılar Birliyində (AYB) əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadənin rus dilində nəşr edilənFikirləri oxuyankitabının təqdimatı olub. AYB-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə sözügedən qurumun sədri Anar, tanınmış ictimai xadim Ramiz Abutalıbov, yazıçı Çingiz Abdullayev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, yazıçı-publisist Aqşin Babayev başqaları N.Rəsulzadənin həyat yaradıcılığından, onun əsərlərinin əhəmiyyətindən danışıblar. Yeni kitabına yazıçının son iki ildə qələmə aldığı 14 əsəri toplanıb. Sonda yazıçı tədbirin təşkilatçılarına iştirakçılara minnətdarlığını bildirib, kitablarını öz imzası ilə oxuculara təqdim edib.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2010.- 6 aprel.- S.7.