Dövlət Simfonik Orkestrinin ifaları 3 DVD-də toplanıb

 

Dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin ifa etdiyi musiqilərdən ibarət 3 DVD hazırlanıb. Mədəniyyət Turizm Nazirliyinin dəstəyilə hazırlanan diskdə Qərbi Avropa, rus Azərbaycan klassik musiqiçilərinin şedevr əsərləri öz əksini tapıb. C.VerdininRekviyeməsərini simfonik orkestrlə yanaşı, Gülbacı İmanovanın başçılığı ilə Azərbaycan Xor Kapellası, ukraynalı solistlər – Svetlana Dobronrava (soprano) Tatyana Dimonova (metso-soprano), gürcüstanlı Georgi Maxaradze (tenor) azərbaycanlı Əkrəm Poladov (bariton) ifa ediblər. Disklərdən birində Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Soltan Hacıbəyovun, Fikrət Əmirovun o cümlədən, Sergey Raxmaninovun əsərləri, Azərbaycan orkestrinin Bilkend Universitetinin orkestri (Turkiyə) ilə birgə verdiyi Üçüncü konsertdəki (solistpianoçu Aleksey Volodin) ifalar da toplanıb. Digər diskdə dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Moris Ravel Bela Bartokun əsərləri yer alıb.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 14 aprel.- S.7.