LənkərandaÜmidteatr studiyası yaradılıb

 

Mədəniyyət Turizm Nazirliyinin bölgələrdə teatr studiyalarının yaradılması ilə bağlı qərarından sonra Lənkəranda həvəskar gənclərdən ibarətÜmidteatr studiyası təşkil edilib. Studiyadan verilən məlumata görə, “Ümid”in təşkilində məqsəd teatrların yaradıcılıq potensialının yerli kadrlar hesabına möhkəmləndirilməsidir. BugünlərdəÜmidstudiyasının yaradıcı kollektivi ilk dəfə olaraq tamaşaçılar qarşısındaYoladlı şou proqram nümayiş etdiriblər. Proqram vasitəsilə cəmiyyətdə baş verən bir çox problemlərə öz düşüncə tərzlərindən yanaşaraq, ictimaiyyətin diqqətini bir daha maraq narahatlıq doğuran məqamlara yönəldiblər. Studiyanın üzvləri şou-proqramlardan əlavə teatrda səhnəyə qoyulan monumental əsərlərdə rollar da ifa edirlər. Bundan əlavə yaş etibarilə daha kiçik yaşlı uşaq yeniyetmələr teatra cəlb olunur.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 22 aprel.- S.7.