Tahir Salahovfilmi təqdim olunub

 

Bakının 193 nömrəli orta məktəbində xalq rəssamı Tahir Salahovun ad günü münasibətilə rejissor Ziya ŞıxlinskininTahir Salahovsənədli filmi təqdim edilib. Məktəbin direktoru Rəhim Hüseynov 1928-ci il noyabrın 29-da Bakıda anadan olmuş Tahir Salahovun həyat yaradıcılığı haqqında məlumat verərək bildirib ki, Rusiya rəssamlıq akademiyasının vitse-prezidenti T.Salahov Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin, Azərbaycanın Rusiya Federasiyasının xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, dünyanın 20-dən artıq rəssamlıq akademiyasının yaradıcılıq təşkilatının üzvüdür. Film rəssamın özü haqqında söhbəti ilə başlayır onun söhbəti ilə yekunlaşır. Rejissor diqqətə çatdırıb ki, filmin belə quruluşda çəkilməsini o, T.Salahovla birgə fikirləşib. Sənətkarın portret janrında yaratdığı bəstəkarlar Dmitri Şostakoviç, Qara Qarayev, Fikrət Əmirov, şairlər Rəsul Rza, Mirzə Ələkbər Sabir, violonçel ustası Mstislav Rostrapoviç başqa mədəniyyət xadimlərinə həsr etdiyi əsərlər öz müəllifinə dünya şöhrəti gətirib. Qeyd edək ki, film Mədəniyyət Turizm Nazirliyinin sifarişi iləYaddaşkinostudiyasında lentə alınıb. Ekran əsərinin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur.

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 1 dekabr.- S.7.