Amerika mənim arzularımdamüsabiqəsi başa çatıb

 

Azərbaycan Dövlət Rəssamlıq AkademiyasındaAmerika arzularındaadlı müsabiqənin qalibləri elan olunub. Adıçəkilən təhsil müəssisəsinin ABŞ-ın ölkəmizdəki səfirliyinin birgə təşkil etdikləri tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan rəsm müsabiqəsində iştirak edən azərbaycanlı tələbə rəssamlardan danışıb: “Bu müsabiqədə 52 nəfər azərbaycanlı tələbə rəssam iştirak edir. Onların əl işi olan incəsənət əsərləri hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qalereyasındakı sərgidə nümayiş etdirilir. Bu, Amerika səfirliyi tərəfindən maliyyələşdirilən ikinci rəsm müsabiqə-sərgisidir. Ümid edirik ki, bu, uzun müddətli ənənəyə çevriləcək. Gələcəkdə bu kimi sərgilər həyata keçiriləcək. Bu sərgidə əsas məqsəd ABŞ-la Azərbaycan arasında mədəni münasibətləri daha da genişləndirməkdir”. Akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru S.Məmmədov, ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson, bu növ layihələrin azərbaycanlılara amerikalılara bir-birini daha yaxşı tanımaq imkanı verəcəyinə ümid etdiyini dilə gətiriblər. Daha sonra Terri Devidson Ömər Eldarov müsabiqənin I, II III yer qaliblərinin adlarını açıqlayıblar. Müsabiqədə iştirak edən bir neçə tələbə rəssama isə həvəsləndirici mükafatlar təqdim olunub.

 

HÜSNİYYƏ 

525-ci qəzet.- 2010.- 9 dekabr.- S.7.