Xalq yazıçısı Anar xalq şairi Fikrət Qoca ilə Ağcabədidə görüş keçirilib

 

Bugünlərdə Ağcabədidə dahi bəstəkar Üzeyir Hacıbəyovun adını daşıyan Qarabağ Muğam Mərkəzində Azərbaycan Yazıçılar birliyinin sədri, xalq yazıçısı Anar Yazıçılar Birliyinin I katibi, xalq şairi Fikrət Qoca ilə oxucuların görüşü olub. Görüşə adıçəkilən bölgənin ziyalıları, yazarlar, müəllim tələbələr qatılıb. Yığıncağı giriş sözü ilə açan Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahid Məmmədov qeyd edib ki, xalq yazıçısı Anar xalq şairi Fikrət Qoca Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rola malik olan sənətkarlardır. Hər iki söz ustası eyni zamanda Yazıçılar Birliyinin rəhbəri kimi söz sahiblərinin problemlərinin həll edilməsində, gənc yazarların qayğı diqqətlə əhatə olunmasında müstəsna xidmətlər göstərir. Onların diqqət qayğısı sayəsində Yazıçılar Birliyi Qarabağ bölməsinin fəaliyyəti xeyli canlanıb, yeni yaradıcı ədəbi mühit formalaşıb. Bu baxımdan, bugünkü görüş mühüm əhəmiyyət kəsb edir.  Yazıçılar Birliyi Qarabağ bölməsinin rəhbəri şair Ənvər Əhməd, Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialının müəllimi Qərənfil Rzayeva, gənc yazarlar Məshəti, Gündüz Sevindik, Ağcabədi şəhər 3 saylı oprta məktəbinin direktoru Tofiq Zeynalov çıxış edərək Anar Fikrət Qoca yaradıcılığının dəyərlərindən söz açaraq öz fikir mülahizələrini bildiriblər. Çıxışlarda bu cür görüşlərin tez-tez keçirilməsinin vacibliyi vurğulanıb. Gənc şairlərin ifa etdikləri şeirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonra söz alan Fikrət Qoca Anar son vaxtlar Ağcabədidə həyata keçirilən quruculuq abadlıq işlərinin geniş vüsət aldığını qeyd edərək qeyd ediblər ki, rayon icra hakimiyyəti tərəfindən digər sahələrdə olduğu kimi, bədii yaradıcılığa, şair yazıçılara, xüsusilə gənc yaradıcılara diqqət qayğı artırılıb. Bildirilib ki, rayon icra hakimiyətinin başçısı Şahin Məmmədovun dəstəyi ilə bir neçə gənc yazarın kitablarının işıq üzü görməsi təqdirəlayiq hadisədir. Yazıçılar Birliyi öz növbəsində bu istiqamətdə tədbirlərin həyata keçirilməsini nəzərdə tutub. Hörmətli qonaqlar böyük qayğı məhəbbətlə qarşılandıqlarına görə rayon rəhbərliyinə, bütün ağcabədililərə öz minnətdarlıqlarını bildiriblər.  

Görüş geniş konsert proqramı ilə başa çatıb.

 

Yəhya PAŞAZADƏ

525-ci qəzet.- 2010.- 14 dekabr.- S.7.