ORALARDA KİMLƏR VAR: UİLYAM FOLKNER

 

TƏNTƏNƏ VƏ MƏĞLUBİYYƏT-3

 

Yalnız dünyanın məşhur adamlarının deyil,sıradan insan məxluqunun hər birinin bir şakəri var. Və insanlar bu şakərlə də bəzən öz ölümlərini yaxınlaşdırırlar. Dünyaca ünlü Amerikan yazarı Folknerin Atçılığa, Cıdıra və ya bir çox idman növlərinə azarını bilənlər bilir. Və Folknerin Ata olan ehtirasını heç nə əvəz eləməyib.Bu yazıda da onun Ata, At idmanına – yəni cıdıra olan ehtirasından söhbət açılır və böyük yazarın ölümünə də səbəb onun ata olan ehtirası olmuşdur. Vaxtilə belə bir yazını hazırlamağı mənə məsləhət görən ədəbiyyatımızın ən namuslu yerlərindən birinə layiq tərcüməçi və “mən maarifçiyəm,bununla da fəxr edirəm” deyən unudulmaz Natiq Səfərova həsr edirəm.

Hər gün 150 söz.

Folkner hər gün 150 söz yazırdı, nə vergül qoyurdu, nə nöqtə. Bunlar hesablanmırdı, hesablananda ona pul vermirdilər.

«Hər günü işdən sonra o dərsdən çıxmış məktəbliyə daha çox oxşayırdı». Tələb olunurdu ki, səhəri də bir o qədər söz yazılmalıydı. Cəmi 3 gün dözməliydi.

—Çətin idi, — jurnalist söyləyir, — mən bundan əlavə öz materialım haqqında da düşünməliydim.Bu sadəcə material deyildi.

Cıdır, nə cıdır. Atlar nə atlar. Və üstəlik də Folknerlə yanaşı iş görmək lazım idi.

Onların materialı da eyni səhifədə çap olundu, həmçinin elə vermişdilər ki, mütləq gərək o biri səhifəni də vərəqləməlisən.Bunun da öz çətinlikləri var. Bu səhifədən o birinə keçəndə təzədən gərək fikrini toplamalı olasan.Okean adamları haqqında Konrada məlumat verən mütəxəssis kimi mehtər də eyni şeyləri deyə bilərdi. Tərifləyib, əlavə edərdi: «Bu adam bilmir ki, nədən yazır.»

Atçılıq şöbəsindən olan jurnalist də bir az sonra suala cavab verərkən eyni şeyi dedi. Bu ən dəqiq cavab idi. «Atdan başı çıxmır». Ancaq hörmət xatirinə dinmədi. Bu «müasir klassik» ona görə susdu ki, heç nə demək lazım deyildi. Amma artıq demişdi fikrini: «Hörmət edirəm, ancaq başa düşmürəm.»

İndi də bu iki fikir qulaqlarımda səslənir və bu iki fikrin ayrı-ayrı mənada deyildiyini də duyuram. Hörmətlə, çox ehtiramla və qəti deyilən «başa düşmürəm» o demək idi ki, çox istəyirəm ki, sizin oxucunuz olum, ola bilmirəm, nəsə mane olur. Başqa cür yozmayın.Axı hər kəsin öz biliyi var. Əgər bir adam öz biliyi dairəsində maraqlı və dəyərlidirsə, onda ondan başqa şeyləri tələb eləməyə dəyərmi?

Hər ikisinin qarşısında eyni cıdır, eyni yaşıl çəmən idi. Eyni atlar idi.Hər ikisi də eyni şeydən yazırdı:

hazırlıq günlərindən, bir də yarış günündən.

Bu yarışa bütün ölkə gəlmişdi. Ən adlı jurnalistlər və böyük yazıçı dəvət olunmuşdu. Onlar eyni obyekti də seçmişdilər: səhər məşqi, tamaşaçıların fikri, rəqiblərin gücü.Ancaq hərənin öz qayğısı, öz atları vardı. Həqiqətən də hamısı eyni idi. Ancaq kağız üzərində hər şey başqa cür alınırdı. Əsasən, düşünülən kimi olmadı və bu haqda danışmağa dəyməz!

Folkner bu yarış haqqında bir bilici kimi yox, sadəcə bir yazıçı kimi nə görmüşdüsə onu yazdı. O, özünü bilici kimi göstərməyə çalışırdı. Amma Folkner təyyarələr haqqında cıdırdan yaxşı yazır. Aviasiyadan danışanda sanki, onun özü yox kimsə başqası danışırdı. Əslində Folkneri maraqlandırmır kim qalib gələcək. Suopsi və yaxud Naşya. Onunku rənglər idi, səslər idi, qoxular idi, cıdırın təbiəti idi. O hələ üstəlik mərcləşmişdi də. O yazırdı: «Adamları cıdıra çəkən sadəcə maraq deyil, cıdırın gözəlliyini də açıb göstərmək çətindi, araşdırmaq çətindi. Nədə axtarasan sehrini? Bu gücdümü, daxili həyəcanın qüvvəsidimi: sürətdən və gücdən heyrətə gəlirsən, görürsən ki, bu atlar öz imkanlarını da ötüb keçərlər. Adamlar beysbolu sevir, futbolu, boksu sevir. Cıdır isə adamları daha çox cəlb edir: boksun kobudluğu çoxunu bezdirir, futbol və beysbolun sonunu gözləməyə hövsələ çatmır, cıdır ani şeydir, çox çəksə iki-üç dəqiqə çəkir, sonra hər şey təzələnir, təzələnib təkrar olunur, dəfə-dəfə görürsən.»

Vergül, nöqtə sonradan qoyulub. Kimsə bunları eləyib, ancaq onlarsız da hiss olunur ki, yazıçı xırda şeylərlə maraqlanmayıb, həqiqətən də birbaşa düşünüb, birbaşa yazıb. Hiss edirsən ki, o həmişə at barədə düşünüb, onun həyatı ilxı ilə bağlı olub.

«Yer üzündə, — deyə Folkner yazırdı, — atla maraqlanmayan, taleyini onunla-sınamayan, şəxsi ehtirasını onunla soyutmayan adamları barmaqla saymaq olar.»

İdman jurnalisti də bu klassiklə birgə başını başlara qoşub yazmışdı. Eyni cıdırdan yazmışdı, ancaq sözlər də başqaydı, rənglər də, əslində cıdır da başqa cıdır idi, idman jurnalisti görə bilmədiklərini, böyük yazıçı görməyə bilməzdi. Amma onun da görmədikləri şeylər vardı. Misal üçün: məşqçilər yarışdan qabaqkı gecəni otağa getmirlər, onlar tövlədə ot ələf üzərində gecələyirlər. Bu vicdan məsələsidi, ənənədi. Təkcə adət deyil, sadəcə olaraq cıdırın qaydası qanuni belədi: 24 saat məşqçi onların taleyinə cavabdehdir. Nə mehtər, nə jokey, nə də at sahibi. Ancaq məşqçi cavabdehdir. Nə var axı burda? Səhəri isə, nəinki səhəri, hətta cıdır qurtaran kimi, əgər atın qanında dırnaq boyda doppinq tapılsa, onda at mükafatdan məhrum olur, məşqçi məhkəməyə verilir. «Yox, o heç bir dərman-zad atmayıb. Deməli o, namuslu idmançıdır» — Ola bilər, ancaq qanun qanundur, məşqçi 24 saat ata cavabdehdir. Nə olsa ondan soruşurlar.

Ona görə də at və ələf içində tövlədə yatır o. Elə şeylər var ki, idman jurnalistləri də onu görə, duya bilmirlər. Belə şeylər haqqında ancaq iştirakçı Jokey danışa bilər.Ancaq jokey hiss eləyir ki, bu atın gücü nə qədərdir. Yazıçı cıdır meydanındakı çəmənliyə yağan yağışın poeziyasını duyduğu kimi «Suons yüyəni gəmirirdi, — deyə qalib jokey söyləyirdi, — Suons yüyəni gəmirirdi. Mənsə istəyirdim ki, hələ kiminsə arxasınca gedim, ancaq Suons yüyəni gəmirirdi, o zaman yüyəni boşaltdım. Fikirləşdim ki, bəlkə belə yaxşıdır. O, irəli çıxdı və təri soyudu. Ancaq Naşaua hirsli idi. Onda ki, biz axırıncı mərhələyə çıxdıq. Eddi (Eddi Arkoro — amerikanın ən məşhur jokeylərindən biri, Naşauanı sürən) yüyəni çəkdi, mən də yüyəni çəkdim ki, son mərhələdə Suons biclik eləməsin, sakitləşsin.»

Adamlar özündən çıxmışdı. «Eddi bu saat irəli çıxacaq. Eddi onlara göstərəcək.»

Böyük Eddi, Böyük Naşaua nə bilirdilər, onu da elədilər.

Ancan Suons birinci gəldi. Ona görə jokeylərdən biri öz atını vaxtında başa düşdü, onun yüyənini buraxdı.

Cıdır biliciləri, kabinetlərdə yarışlar haqqında nəticə çıxaranlar o saat dedilər.

«Məşhur Foryayerin qızıdır Suons».

Və günlərin bir günündə, Folkner atla gəzərkən, yıxılır, bu yıxılmaqla da bel sümüyü çatlayır, damarlarında qan dövranı pozulur, çox çəkmir ki, ölür.

—Mən ona həmişə deyirdim, — dəmirçi xatırlayır,- deyirdim, artıq yaş o yaş deyil, miniyə gəlməyən atlarla işin olmasın. Ancaq onun da xam atlar xoşuna gəlirdi.

Folknerin yıxıldığı atın adı — Dəmir Dalğaydı, bu da ona yaraşırdı.Şakəri atlardandı. Əgər xatırlasaq ki, düşmən gülləsindən ölən ehtiyatda olan polkovnik Folknerin babasının təşkil etdiyi fermanın da adı simvolik olaraq Dəmir Dalğa (Stoun — Yoll) idi, onda hər şey aydın olur.

Çap etdirdiyi axırıncı kitabında da Folkner atdan yazır. Bu «Rəqiblər» romanının müəyyən fəsilləri at oğrularındandır. Bəzi fəsilləri isə maşın oğruları, avtomobil oğrularından danışır. Həmişəki kimi Folkner müxtəlif epoxaları birləşdirərək bu faciəni At və Maşın oğrularının sifətində ifadə eləyir. Axı nə eləyərdi? Birincisi Dəmir Dalğa cinləndirməzdi. Hər şeyin öz çəmi var. Folkner sadəcə olaraq bu cür atda gərək tək getməyəydi. Öz işini bilən və boş yerə riskə gedən adamlardan fərqli Folkner inadından əl çəkmir. Fillian prinsipi beləydi. «Ən çətin ayaqda gərək atdan bərk yapışasan».

Folkner (65 yaşına bir ay qalmış) atdan kürəyi üstə yıxıldı. Yıxılmağı ilə atın dayanmağı bir oldu. Həmişə belə olur: sürəni yerə vurandan sonra dayanıb baxır. At da bilir ki, sahibsiz hara getmək olar. Dəmir Dalğa gördükü, sahibi tərpənmir. O qədər yaxın gəldi ki, Folkner qalxıb yüyəndən tutmaq istədi. Heyif əli çatmadı. Folkner taqətsiz idi. Yumaş dodaqları ilə sahibini yalayıb, yenə də kənara çəkildi.Dayandı. Durub-durub yoruldu. Birdən evə üz tutdu və gözdən itdi. Yolu bilirdi.

Sahibsiz atı görən kimi o saat hay-küy qopdu. Evdəkilər hadisə yerinə gəldilər. Hirsli Folkner axsaya-axsaya yeriyirdi.

Sonra əsl at sürən kimi yenidən yəhərə qalxdı, çəmənliklə sürdü. Hətta kiçik xəndəklərdən də atla tullandı.

Bundan sonra o köhnə dostu, həkimin yanına getdi və: « vəziyyət ağırdı».

—Neyləməliydim, — dedi Folkner, — o heyvana qulaq asmalıydım.

Folkner at barədə bir kəlmə də olsun acıqlı söz demədi.

—Bu at fiquru Folknerdən xatirədir, — deyə dəmirçi danışır. Çoxları məndən onu istəyir. Çox pul verənlər də var. Mən cavab verirəm: Yox, bu mənə Folkneri xatırladır.

 

 

Son

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2010.- 31 dekabr.- S.23.