Xalq artisti Nazim Rzayevin xatirə gecəsi təşkil olunub

 

M.Maqomayev adına Dövlət Filarmoniyasında xalq artisti Nazim Rzayevin 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə çıxış edən filarmoniyanın musiqi redaktoru Zəkəriyyə Ayla mərhum dirijor N.Rzayevin mənalı ömür yolundan yaradıcılığından söz açıb: Nazim Rzayev Dövlət Kamera Orkestrinin yarandığı gündən 1992-ci ilədək bu kollektivin baş dirijoru olub. 1974-cü ildəNəsimiəsərinə verdiyi vokal-xoreoqrafik quruluşa görə SSRİ Dövlət Mükafatına layiq görülüb”. Çıxış edənlər mərhum sənətkarın pedaqoji fəaliyyətindən və gənc sənətkarların yetişməsi, püxtələşməsi istiqamətində gördüyü işlərdən danışıblar. Gecədə Q.Qarayev adına Dövlət Kamera Orkestri xüsusi konsert proqramı təqdim edib. Konsertdə Q.Qarayevin P.İ.Çaykovskinin əsərləri səslənib.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 11 fevral.- S.7.