Yunus OğuzunTəhmasib şahkitabı ictimaiyyətə təqdim edilib

 

Dünən Azərbaycanda Atatürk Mərkəzində yazıçı Yunus Oğuzun “Təhmasib şah” kitabının təqdimatı olub. Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri, professor, millət vəkili Nizami Cəfərov bu kitabın indiyə qədər tarixşünaslığımızda o qədər dərindən öyrənilməyən bir dövrə həsr olunduğunu bildirib: Bu əsərin ən üstün cəhətlərindən biri odur ki, burada mürəkkəb, tarixi təfəkkürdən xeyli dərəcədə kənarda qalmış, amma Səfəvilər tarixinin həm çox maraqlı bir dövründəki proseslərin, Azərbaycanın taleyinin necə olmasının, hansı səbəblərə görə Azərbaycan Səfəvilər dövlətinin İran dövlətinə çevrilməsinin izahı verilir. Bu dövrün ən görkəmli hökmdarı Təhmasib şahdır”. Millət vəkili çıxışında mövzunun miqyası ilə bağlı olaraq əsərin bir neçə istiqamətinin mövcudluğunu qeyd edib: Onların içərisində ən mühüm məsələ Azərbaycanın bütövlüyünü təmin etmək məsələsidir. Əsərdə başqa mühüm bir məsələ türk dünyasının arasında olan siyasi ziddiyyətlərin ortaya qoyulmasıdır”. Professorun fikrincə, əsərdə tarixi romanlarımız üçün nümunə ola biləcək məqamlardan biri siyasi-ideoloji, mənəviyyat məsələlərinə, ölkənin hansı ruhda idarə olunmasına diqqət yetirilməsidir.

Təhmasib şah”ı müasir əsər kimi dəyərləndirən N.Cəfərov burada baş verən hadisələrin çağdaş dövrümüz üçün daha aktual olduğunu deyib.

Filologiya elmləri doktoru, professor Şamil Vəliyev əsərdə tarixə müraciət tərzinin diqqət çəkdiyini, onun fərdi ictimai-tarixi marağının sosial-fəlsəfi keyfiyyət kəsb edərək xalqın möhtəşəm obrazının yaranmasına səbəb olduğunu vurğulayıb. Kitabın həm ön söz müəlliflərindən biri olan Ş.Vəliyev əsərin bədii məziyyətlərindən bəhs edib: “Təhmasib şahromanının səhifələri arasında zəngin tarixi məlumatların, hadisə şəxslərin olması onun müəllifinin yalnızfiloloji fantaziyalara deyil, daha çox sənəd, fakt, arxiv materiallarına əsaslandığını təsdiqləyir”. Ş.Vəliyev bunu yazıçının bədii düşüncəni real tarixi faktlara tabe tutmasıyla yox, əksinə, tarixi həqiqətlərdən müasir bədii-estetik qənaət hasil etmək, irs varis arasında sosial-fəlsəfi mühakimə kodlarının bərpasına cəhd göstərmək bəsirəti ilə əlaqələndirib.

Yazıçı-dramaturq Elçin Hüseynbəyli həmkarının təqdim olunan əsərinin çox oxunaqlı olduğunu qeyd edərək, indiki romanların klassik üslubdan fərqli şəkildə qələmə alındığını bildirib: “İndi xarakterik qəhrəmanları situativ qəhrəmanlar əvəzləyib. Bu baxımdanTəhmasib şah”ın da oxucular tərəfindən rəğbətlə qarşılanacağına inanıram”.

Xalq Cəbhəsiqəzetinin baş redaktoru Elçin Mirzəbəyli Y.Oğuzun tarixi janrda bir sıra dəyərli əsərlər qələmə aldığını vurğulayıb: “Tarixi məhz bu şəkildəbədii dillə oxuculara çatdırmaq lazımdır. Xronoloji, statistik şəkildə tarixi materialı oxucu heç vaxt qəbul etmir oxumur. Tarixi yalnız bu şəkildə sevdirmək olar”.

Professor Qulu Məhərrəmli tariximizi qələmə almağın şərəfli olduğunu çıxışında önə çəkib bu baxımdan Y.Oğuzuun tarixi janrda yazmasını yüksək qiymətləndirib: “Tarixiliyin bədiiliyin vəhdəti həmişə maraq doğurur”.

Tədqiqatçı-publisist Bəxtiyar Tuncay Y.Oğuzun bu əsərlə tarixi baxımdan Azərbaycan dövlətçiliyinin yoluna işıq saldığını qeyd edib.

Yazıçı, millət vəkili Aqil Abbas tarixi əsərlərin qələmə alınmasının əhəmiyyətindən danışaraq, keçmişimizi gənclərə çatdırmaq baxımından bunun böyük əhəmiyyət kəsb etdiyini deyib: “Sabahı qurmaq üçün keçmişimizi bilməli, ata-babamızı tanımalıyıq. Mənim fikrimcə, geniş oxucu kütləsinə tarix məhz bu cürbədii şəkildə çatdırılmalıdır”.

Professor Musa Qasımlı başqaları çıxışlarında Y.Oğuzun tarixə təkcə bədii aspektdən deyil, həm tənqidi nəzərlə yanaşdığını, bu əsərlərdə yazıçının həm öz vətəndaşlıq mövqeyini ortaya qoyduğunu önə çəkiblər.

Qeyd edək ki, sözügedən kitab Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi iləOlaylarqəzetinin həyata keçirdiyiAzərbaycançılığın, diaspora quruculuğu işinin təbliği, KİV-lə diaspora arasında əlaqələrin möhkəmləndirilməsilayihəsi çərçivəsində işıq üzü görüb. 

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2010.- 12 fevral.- S.7.