Azərbaycanda gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb

 

RAMİL HƏSƏNOV: “ANCAQ DÖVLƏTİN YARATDIĞI ŞƏRAİTLƏ MÜQAYİSƏDƏ, GƏNCLƏR TƏŞKİLATLARININ YETƏRİNCƏ FƏALLIĞI HİSS OLUNMUR”

 

Azərbaycanda ölkənin gənclər sferasında yetərincə fəal gənclər gənclər təşkilatları var. Onların sayı gün-gündən artmaqdadır. Bu da onu göstərir ki, Azərbaycanda hökumət, müvafiq donor təşkilatlar tərəfindən QHT-lərə, gənclər təşkilatlarının yaranmasına fəaliyyətinə yetərincə münbit şərait yaradılıb. Belə bir şərait yaranmasaydı, gənclər aktiv çalışa bilməzdilər. Ancaq yadımızdan çıxarmayaq ki, hər şey dövlətdən hökumət strukturlarından asılı deyil. Çox şey insanların özlərindən, xüsusilə gənclərdən asılıdır. Gənclərə yaradılan şəraitlə onların özlərinin istək arzuları mütənasiblik təşkil etməlidir. Əgər gənc yaradılan şəraitdən maksimum faydalanmırsa, bu barədə dövlət strukturlarının deyil, özünün düşünməsi vacibdir ki, üçün lazımi şəraitdən yararlana bilmir”. Bunu “525”in müxbiri ilə söhbətində Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Ramil Həsənov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda gənclərə kifayət qədər geniş imkanlar açılıb. Dövlət tərəfindən QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb ardıcıl fəaliyyət göstərir: “Bunlardan gənclər maksimum şəkildə faydalana bilərlər, necə ki, bir çoxları faydalanır. Eyni zamanda, gənclər təşkilatlarının həyata keçirdikləri bir çox layihələrə Azərbaycanın müvafiq strukturları, onların daxili işinə müdaxilə etmədən, hərtərəfli köməkliklər göstərir. Azərbaycanın gənclər təşkilatları ölkəmizi beynəlxalq arenada da yüksək səviyyədə təmsil edirlər. Lakin arada müəyyən passiv təbəqə var ki, onlar fəal təbəqəyə baxıb örnək götürməli bu istiqamətdə ciddi çalışmalıdır. Bu gün Azərbaycanda dövlətin yaratdığı şəraitlə müqayisədə gənclər təşkilatlarının yetərincə aktivliyi hiss olunmur. Sadəcə 2 ya 3 gənclər təşkilatı var ki, onlar çox aktivdirlər. Digərləri isə, necə deyərlər, bayramdan-bayrama üzə çıxırlar. Bu da yetərli deyil, çünki hökumət hərtərəfli şərait yaradıb, yetər ki, gənclərdə istək, həvəs olsun bu imkandan kifayət qədər yaxşı istifadə edə bilsinlər. Təşkilatlar yaranır, sonra isə fəaliyyət göstərmir yaxud ildə 2-3 dəfə görünür. Bunun müxtəlif səbəbləri var. Müşahidə edəndə görürəm ki, təşkilatların inkişafı üçün ölkənin müvafiq strukturları yetərincə şərait yaradıb. İndi gənclər bu şəraitdən öz biliyi, bacarığı ilə yararlana bilirsə, irəliyə doğru gedə bilir. Gənclər üçün ona görə şərait yaradılır ki, onlar inkişaf etsin, güclənsinlər. Gənclik Azərbaycanın gələcəkdəki inkişaf tempində öz layiqli yerini tapsın. Dövlət bununla bağlı bütün imkanları verir. Gənclərin özündən asılıdır ki, savadlarını, biliklərini artırsınlar, QHT-lərlə müxtəlif layihələr həyata keçirməklə həm ölkə daxilində, həm beynəlxalq aləmdə özlərini tanıda bilsinlər”.

R.Həsənov vurğulayıb ki, bu gün YAP-ın sıralarında 190 mindən çox gənc var onların da sırasında yetərincə fəal olanlara, yaxud müəyyən qədər passivlik nümayiş etdirənlərə rast gəlinir:Bu, belə olmalıdır. Çünki dünyanın heç bir yerində böyük təşkilatlarda üzvlərin hamısı fəal ola bilmir. Bu, normal demokratik dəyərlərə cavab verən standartdır. Ancaq YAP Gənclər Birliyi hər zaman olduğu kimi, həm prezident, həm parlament, həm bu il keçirilən bələdiyyə seçkilərində icra katibliyinin qarşıya qoyduğu məqsəd vəzifəyə uyğun olaraq partiyanın siyasətinin hərtərəfli dəstəklənməsinə yaxından köməklik edib. Bu istiqamətdə işimizi ardıcıl davam etdiririk. Partiya rəhbərliyinin gənclərə göstərmiş olduğu böyük etimadın nəticəsidir ki, bizim bir çox gənclərimiz bələdiyyə seçkilərində həm Bakının mərkəz rayonlarında, həm ölkənin bir çox rayonlarında namizəd kimi iştirak edib seçiliblər. Qarşıdan parlament seçkiləri gəlir. Bu seçkilərdə hər zaman olduğu kimi YAP Gənclər Birliyi partiya rəhbərliyinin qarşıya qoyduğu məqsəd vəzifələrin hər birinin öhdəsindən müasir standartlarla, metodlarla gəlmək üçün var gücünü əsirgəməyəcək. Bütün qüvvəsi, biliyi savadı ilə prosesdə iştirak edəcək”.

R.Həsənov Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibliyinin Bakıda yerləşməsi məsələsinə münasibət bildirib. O deyib ki, hazırda qurumun katibliyi Azərbaycanın Xarici İşlər Nazirliyi arasında danışıqlar davam edir: “Bu bir texniki prosedurdur. Heç bir problem yoxdur, sadəcə, texniki prosedura görə maddələr üzərində hər iki tərəfin razılaşma prosesi aparılır. Bu razılaşmalar yaxın vaxtlarda başa çatdıqdan sonra rəsmi cavab mətnini, müqaviləni yazılı şəkildə Nazirliyə göndərəcəyik. Bundan sonra Nazirlik prosedura uyğun olaraq onu parlamentə ratifikasiya üçün göndərməlidir. Bunun ardınca sənəd Azərbaycan qanunvericiliyinə uyğun olaraq qüvvəyə minəcək Türkdilli Ölkələrin Parlament Assambleyası katibliyi hüquqi fəaliyyətinə başlayacaq. Amma faktiki olaraq biz artıq fəaliyyətimizə yanvarın 15-dən start vermişik. Milli Məclisin yaratdığı şərait dəstək sahəsində hər hansı bir problemimiz yoxdur. Katiblik öz fəaliyyətini illik proqramına uyğun olaraq qurub davam etdirir”.

Birlik sədri vurğulayıb ki, Türkdilli Ölkələrin Parlament Assambleyası beynəlxalq təşkilatdır Avropa Şurası Parlament Assambleyasının kiçik bir variantıdır. İndi oktyabr ayında Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Assambleyanın növbəti plenar sessiyasına hazırlıq prosesi gedir:Bildiyiniz kimi Assambleyanın daimihumanitar, beynəlxalq əlaqələr qanunvericilik, hüquq iqtisadiyyat komitələri fəaliyyət göstərəcək. Bu komitələrin yaradılması, komitə sədrlərinin, onların müavinlərinin seçilməsi tədbirləri, Assambleyanın hazırlıq iclasının həyata keçirilməsi ilə bağlı bütün prosedur qaydalaları bizim tərəfimizdən aparılır. Həmçinin bir neçə irimiqyaslı layihə üzərində gedir. Bunlardan biri 4 ölkənin parlamentlərinin müvafiq orqanları arasında təcrübə mübadiləsinin keçirilməsidir. 4 türk dövlətinin parlamentinin yaratmış olduğu qurum kimi, bunların arasında koordinativ rolu həyata keçirəcəyik. Həmçinin dünya türkdilli ölkələr parlamentarilərinin I qurultayının Antalyada keçirilməsi nəzərə tutulur. Bununla bağlı razılaşma prosesi gedir. Bu istiqamətdə yetərincə addımlar atılır bununla bağlı mütəmadi olaraq mətbuata məlumat verəcəyik”.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2010.- 19 fevral.- S.5.