Bəstəkar Sevda İbrahimovanın 70 illiyi qeyd olunub

 

Azərbaycan Bəstəkarlar İttifaqında xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyilə bağlı tədbir təşkil edilib. APA-nın məlumatına görə, yubiley mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə yubilyarın həyat yaradıcılığından danışıb. İttifaq sədri bildirib ki, Sevda İbrahimova dəyərli sənətkar olmaqla yanaşı, gözəl insan yaxşı dostdur: “70 illik fəaliyyəti dövründə Sevda xanım Azərbaycan mədəniyyətinə layiqincə xidmət edib. Musiqi sənətimizə verdiyi töhfələr danılmazdır. Sevda xanımın yaş baxımından kompleksi yoxdur, çünki o hər zaman çox gözəl təravətlidir, yenə əvvəlki şövqlə çalışır yaradır”. Tədbirdə çıxış edən Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da yubilyarın yaradıcılığından rəğbətlə söz açıb, ona yeni uğurlar arzulayıb. Yubiley gecəsi Sevda İbrahimovanın əsərlərindən hazırlanmış konsert proqramı ilə davam etdirilib. Proqramda bəstəkarınQurbansız qalan tarım”, “Laylay”, “Ceylaya”, “Əzizlərimin xatirəsinə”, “Yaşa, ülvi məhəbbətim”, “Necə sevməyim səni”, “Məhəbbət işığı digər əsərləri ifa olunub.

 

 

525-ci qəzet.- 2010.- 20 fevral.- S.23.