Əlisahib Əroğulun yeni kitablarının təqdimatı olub

 

Dünən Azərbaycan Yazıçılar Birliyində Əlisahib ƏroğulunƏmir Teymurun fəryadıŞeirlər, Haqlar...” adlı yeni kitablarının təqdimatı imza günü keçirildi.

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açdı imza günlərinin mahiyyəti barədə danışaraq bildirdi ki, bu tədbirlər insanlarda kitab alma, kitab oxuma, mütaliə vərdişinin aşılanmasına xidmət edir. Ə.Əroğulun son illər fəal davamlı şəkildə yaradıcılıqla məşğul olduğunu deyən R.Məcid müəllifin bu müddətdə bir sıra maraqlı kitablar ortaya qoyduğunu vurğuladı.

Tədbirdə çıxış edənlərdən yazıçı-publisist Əli Rza Xələfli Ə.Əroğulun yaradıcılığı barədə danışdı. Daha sonra Çingiz Əlioğlu, Yasif Nəsirli, professor İsmayıl Kazımov Tariyel Şahbuzlu Əlisahib Əroğulun insani kefiyyətləri, yaradıcılığının məziyyətləri haqda söhbət açdılar.

Sonda Ə.Əroğul tədbirə toplaşanlara, şəxsiyyəti, yaradıcılığı barədə fikir söyləyənlərə minnətdarlığını bildirdi oxucuların aldıqları kitabları imzaladı.

 

 

Fidan ƏLƏKBƏROVA

 

525-ci qəzet.- 2010.- 23  fevral.- S.7.