Fərhad Bədəlbəyli Londonda konsert verib

 

Xalq artisti, görkəmli pianoçu Fərhad Bədəlbəyli LondonunCadogan Hall” salonunda konsert proqramı ilə çıxış edib. Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konsertdə Sergey Raxmaninov bir sıra digər görkəmli bəstəkarların əsərləri səsləndirilib. Fərhad Bədəlbəylini səhnədə tanınmış dirijor Dmitri Yablonskinin rəhbərliyilə Britaniya Kral Filarmoniya orkestri müşayiət edib. Qeyd edək ki, “Cadogan Hall”da iyulun 9-dan 13-dək dirijor Dmitri Yablonskinin rəhbərlik etdiyi Britaniya Kral Filarmoniya orkestrinin müşayiəti ilə Azərbaycan bəstəkarlarının musiqiləri lentə köçürülüb. Konsertdə Fərhad Bədəlbəyli Murad Adıgözəlzadə solist kimi çıxış ediblər. İki ildən sonra Naxos Rights İnternational Limited şirkətində onların əsərlərindən ibarət disk işıq üzü görəcək.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 22 iyul.- S.4.