Yunus Oğuz – 50

 

Hörmətli Yunus Oğuz! Sizi – istedadlı yazıçını 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik. Siz əbədi fəaliyyətə ötən əsrin səksəninci illərində başlamısınız. İlk qələm təcrübələriniz mətbuatda işıq üzü görüb. 1996-cı ildə “Qadın ulduzu” adlı povestiniz oxucuların ixtiyarına verilib. “Qədim Anadolu və Azərbaycan türkləri”, “Qarabağ-nəzarətsiz zona” (ingilis dilində) “Türkün tarixinə yeni bir baxış” (türk, fars, rus dillərində), “Atilla”, “Nadir şah”, “Türkün gizli tarixi”, “Təhmasib şah” kitablarınız çap olunubböyük maraqla qarşılanıb. “Nadir şah” romanınız Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb. Roman Türkiyə və İngiltərədə də nəşr edilib. Siz 1998-ci ildə Rostov Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmisiniz. Təhsilinizi başa vurduqdan sonra AMEA-nın Fəlsəfə və hüquq fakültəsində kiçik elmi işçi vəzifəsində işləmisiniz. “Ordu” qəzetinin baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin müşaviri olmusunuz. 1995-ci ildən “Olaylar” qəzetinin və “Olaylar” informasiya agentliyinin baş redaktorusunuz. 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmusunuz. Hörmətli Yunus Oğuz! Sizi bir daha 50 yaşınızın tamam olması münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

525-ci qəzet.- 2010.- 22 iyul.- S.4.