Azərbaycan kinematoqrafları” təqdim olunub

 

Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafları” adlı kitabının təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kitab Film Fondunun dəstəyi ilə çap olunub. Təqdimat mərasimində çıxış edənlər geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın kino mütəxəssisləri və tələbələr üçün də önəmli vəsait olduğunu önə çəkiblər. Tədbir iştirakçıları bu seriyadan olan ilk kitabın 2002-ci ildə çapdan çıxdığını dilə gətirərək yaxın gələcəkdə nəşrin növbəti cildlərinin hazırlanmasının nəzərdə tutulduğunu bildiriblər. Dövlət Film Fondu tərəfindən növbəti tədbir avqustun 2-də Muzey Mərkəzində reallaşacaq. 2 avqust – Azərbaycan Kinosu Günü ilə burada Azərbaycan kino-plakatının sərgisi açılacaq.

 

 

525-ci qəzet.- 2010.- 28 iyul.- S.4.