Dostuma məktub” təhvil verilib

 

Qarabağ qəhrəmanları” silsiləsindən ilk film olanDostuma məktub” artıq hazırdır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təhvil verilən film Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunova həsr olunub. Cəsur döyüşçünün qəhrəmanlığından bəhs edən filmin ssenari müəllifi və rejissoru Yefim Abramov, operatoru Rüfət Süleymanovdur. Bundan başqa, bu silsilədən çəkilişləri artıq başa çatmış daha üç filmin montajına start verilib. Həmin filmlərin avqustun əvvəllərində təhvil verilməsi nəzərdə tutulub. Payızda isə “Qarabağ qəhrəmanları” silsiləsindən növbəti iki filmin çəkilişləri başlayacaq. Qeyd edək ki, film “Salnamə” sənədli filmlər studiyasında çəkilib.

 

 

525-ci qəzet.- 2010.- 28 iyul.- S.4.