Amerikalı kürəkənMusiqili Komediya Teatrının səhnəsində

 

Dövlət Musiqili Komediya Teatrının 100-cü mövsümü çərçivəsində daha bir tamaşa teatrsevərlərə təqdim olunub. “Amerikalı kürəkənadlı ikihissəli musiqili komediyanın liberettosu yazıçı Marat Haqverdiyev, musiqisi xalq artisti, professor Ramiz Mirişliyə məxsusdur. Hər iki sənətkarın bundan əvvəlki əməkdaşlığı teatrın repertuarında yer alanQısqanc ürəklərtamaşası olub. Səhnə əsərinin rejissoru xalq artisti İlham Namiq Kamaldır. Xalq artistinin rejissor kimi hazırladığı bu tamaşa sayca ikincidir. Bundan əvvəl o, “Şeytanın yubiley”inə quruluş verib. Tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterlər Zakir Yelena Ağayevlər, şeirlərin müəllifi xalq şairi Fikrət Qocadır.

Ailə-məişət mövzusunda olan səhnə əsərində bir-birini saf məhəbbətlə sevən iki gəncKamran Reyhan xoşbəxt ailə qurmaq istəyirlər. Lakin anası Tünzalə öz qızını varlı birinə (Cəlilə) ərə vermək istəyir. Bundan xəbər tutan cavanlar anaya kələk gəlirlər. İngilis dili müəllimi olan Kamran özünü varlı neft maqnatı kimi göstərir, hətta bunun üçün iki cangüdən tutur. Kələyin üstü açılır. Buna baxmayaraq gənclər qovuşurlar. Sonda teatrsevərləri təkcə Kamran Reyhanın yox, Tünzalə ilə Orxanın, Səkinə həkimin, Cəlil Nəzakətin toylarının şahidi olurlar.

Xalq artisti Xanım Qafarova bizimlə söhbətində ifa etdiyi obrazdan danışıb: “Analarda xüsusən biz azərbaycanlılarda bir xüsusiyyət var. Öz həmyerlilərinə deyil, varlı əcnəbilərə daha çox üstünlük verirlər. Mən əsərdə belə analardanam. Lakin tamaşanın sonunda qızımın xoşbəxtliyinin sevdiyi oğlanla birlikdə olduğunu anlayaraq, Reyhanın Kamrana ərə getməsinə razılıq verirəm. Tamaşaçılar mənim Orxanla ailə həyatı qurmağa hazırlaşmağımın da şahidi olurlar”.

Tamaşada ingilis dili müəllimi olan Ramil Qasımov (Kamran), yaratdığı obrazın tələbilə, ingilis dilində danışmaq məcburiyyətində qaldığından xüsusi ingilis dili dərsləri almalı olub.

Səhnə əsərində rolları xalq artistləri İlham Namiq Kamal (Orxan), Arif Quliyev (həkim), Fatma Mahmudova (Səkinə), əməkdar artistlər Xanım Qafarova (Tünzal), Əkbər Əlizadə (Cəlil), aktyorlar Ramil Qasımov (Kamran), Gültac Həsənova (Reyhan), Ağaxan Şərifov (Cəfər), Səmədzadə Xasıyev (Bilal), Gülnarə Əzizova (Nəzakət), Günel Məmmədova (Telli) ifa ediblər.

 

 

HÜSNİYYƏ 

 

525-ci qəzet.- 2010.- 1 iyun.- S.7.