Mənim nəğməkar ürəyimYazıçılar Birliyində təqdim edilib

 

Azərbaycan Yazıçılar Birliyində şair-publisist Hacı Cabir Xəlifəzadənin anadan olmasının 75 illiyi Mənim nəğməkar ürəyimkitabının təqdimatı keçirilib. Bu barədə birliyin mətbuat katibi, şair Ədalət Əsgəroğlu məlumat verib. Birliyin katibi, xalq şairi Fikrət Qoca tədbiri açaraq, əlamətdar gün münasibətilə Yazıçılar Birliyi İdarə Heyətinin yubilyara ünvanlanmış təbrik məktubunu oxuyub.

Tədbirdə şair Ədalət Əsgəroğlu, tənqidçi Vaqif Yusifli və başqaları çıxış edərək 13 kitabın müəllifi Hacı Cabirin işıq üzü görən yeni toplusunda anaya, vətənə, övlada, Qarabağ hadisələrinə həsr olunmuş şeirlərin sənətkarlıq baxımından kitabda verilmiş digər poeziya nümunələrindən fərqləndiyini bildiriblər.

Yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

 

SARA 

 

525-ci qəzet.- 2010.- 3 iyun.- S.7.