Qarabağın dünəni bu günü Aqil Abbasın gözüylə

 

Çağdaş nəsrimizin tanınan simalarından biri olan Aqil Abbas özünəməxsus yazı manerası, üslub özəlliyi ilə ədəbiyyatımızda yeni bir cığır açıb. Aqil AbbasınBatmanqılınc”, “Dolu”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Qarda açan qar çiçəyi”, “Qiyamət gecəsiəsərlərində oxucuya döyüşkən ruh təlqin olunur. A. Abbas yaradıcılığını sanki əsrlərin o tayından üzü bu yana at çapan türk oğlunun qılıncının zərbindən atının ayaqlarından qopan bir səs müşayiət edir. Bu səs əsrlərdir türk oğlunu irəli, igidliyə, qəhrəmanlığa səsləyir. Zaman-zaman at belində, cəngi sədaları altında qundaqlanan türk oğlu özünü dərk etdiyi bir gündən vətənin, el-obasının təəssübünü çəkməyi özünün ən müqəddəs borcu sanmışdır. Babalardan qalma bu deyim elə əsl türk oğlu üçün deyilmişdir: mıx nalı, nal atı, at igidi, igid vətəni qoruyar. elə Aqil Abbasın Batmanqılıncı-Məmməd bəy Cavanşiri məhz belə türk igidlərindəndir. Batmanqılıncromanında XVIII yüzillik fonunda Qarabağda baş verən bir sıra mühüm ictimai-siyasi hadisələr bədii əksini tapmışdı. Romanı oxuduqca bütün səhifələrdə, hətta bütün sətirlərdə doğma Qarabağı ürəkdən sevən müəllifin torpağın, xalqın tarixinə möhkəm bağlılığı məhəbbəti hiss olunur.

Aqil Abbas Məmməd bəyin simasında igid, yenilməz, düşməni bir həmlədə diz çökdürməyə qadir Azərbaycan döyüşçüsü obrazı yaratmışdır. Ümid edirik ki, Məmməd bəy-Batmanqılınc obrazı gənc nəslə vətənpərvərlik hissləri aşılaya biləcək, illərdən bəri içimizdə donmuş, pas atmış qəhrəmanlıq hisslərini oyadacaq iqtidara malik bir əsərdir.

Aqil AbbasınBatmanqılıncəsəriniDoluəsərinin bir növ belə demək mümkündürsə sələfi hesab etmək olar. Hər iki əsərdə dərdli Qarabağın nəfəsi, əhvalı duyulur. Hər iki əsərdə öz torpağını ürəkdən sevən, amma torpağına göz dikən düşmənin qarşısında əliyalın qalan insanların taleyinə eyni baxış var. Hər iki əsərdə vətənin rəmzi olan şəhərlər-Şuşa (“Batmanqılınc”) Dünyanın Ən Varlı Şəhəri (“Dolu”) xəyanət ucbatından düşmən əlinə keçir. Birinci əsərdə Məmməd bəyin, ikinci əsərdə Komandirin simasında müəllif şərəfsiz ömür sürməkdənsə, şərəfli ölümü qəbul etməyin üstünlüyünü çox gözəl çatdıra bilmişdir. Hər iki qəhrəman azad, qeyrətli, şərəfli ölümə xoşbəxtlik kimi baxır.

Doluromanı Qarabağ müharibəsi mövzusunda yazılan ən dəyərli əsərlərdən biridir. Romanın hər bir səhifəsində müharibənin ritmi, nəfəsi duyulur, oxucu, əgər belə demək mümkünsə, barıt qoxusunu hiss edir. Romanı oxuduqca hiss edirsən ki, müəllif, sadəcə seyrçi ya söyləyən deyil, təsvir etdiklərinin hamısı onun içindən keçir, ürəyindən süzülür. Burada təkcə beyin, ağıl iştirak etmir. Yazıçının beynindən süzülən fikirlər qəlb sarsıntılarına qarışaraq sətirlərə düzülür. A.Abbas özü bu odun-alovun, məşəqqətlərin, faciələrin tam ortasındadır. Pələnglərə, drakonlara dəyən bir düşmən gülləsi yazıçının qəlbini dəlib keçir.

Romanda real müharibə səhnələri çox canlı, inandırıcı təsvir edilmiş, bununla yanaşı, həmin müharibə səhnələrinin, xəyanət nəticəsində məğlubolmanın bilavasitə nəticələri olan həqiqətlər daha böyük ustalıqla qələmə alınmışdır.

Əsərdə Dolunun-qradın təsviri çox realdır. Xüsusilə bu vəziyyəti yaşamış gözləri ilə görmüş oxucu həmin sətirləri oxuyanda, sanki o günləri yenidən yaşayır, o dəhşətləri yenidən duyur. Bu romanın hər səhifəsində günümüzün reallıqları ilə qarşılaşırıq. Düşmən tapdağında qalan Dünyanın Ən Varlı Şəhərininəl uzatsan çatacaq qədəryaxınlığında insanlar kefdədirlər. Çayxanada hər stolun başında bir aşıq oturub hamısı da vətən haqqında oxuyurlar, deyilən sağlıqlarda Cıdır düzü, İsa bulağı xatırlanır. Müəllif bir neçə yerdə Qarabağdan sürgün olunan caamatın unutqanlığı məsələsinə toxunub ki, bu da çox realdır. Çadır şəhərlərdə yaşayanlara müəllifin ona görə yazığı gəlmir ki, onlar axarlı-baxarlı yerlərindən-yurdlarından məhrum olub ilan mələyən çöllərdə elə ilan kimi qabıq qoyurlar, ona görə yazığı gəlir ki, onlar teleseriallardakı qəhrəmanların da iztirablarını yaşamağa, hətta Türkiyənin futbol komandasının oyunlarının da həyəcanlarını yaşamağa məcburdurlar.

İnsanların illər ötdükcə daxilən cılızlaşması, kiçilməsi müəllifin çatdırmaq istədiyi əsas fikirlərdəndir. Xaricilərinyardım paylamamərasimlərində bu daha qabarıq nəzərə çatdırılır. Müəllifin fikrincə, bütün bunlar insanları mənən miskinləşdirir ki, bu da müharibənin real nəticələridir.

Dolu yağıb kəsəndən sonra aləmi bürüyən soyulmuş baldırğan qoxusu, çöldə-bayırda qoyun-quzu otaran uşağın Qədir Rüstəmovu yamsılaması, dumduru, buz kimi kəhriz suyubunlar hamısı oxucu üçün doğma təsvirlərdi. . .

Doluromanını Aqil Abbas yaradıcılığının pik nöqtəsi hesab etsək, yəqin ki, mübaliğəyə yol vermiş olmarıq. Xalq şairi Vaqif Səmədoğlunun təbirincə desəkDoluromanı bir çox stereotipləri alt-üst edib. Çox qəribədir ki, romanda insanı çəkən ecazkar bir qüvvə var. Bu qüvvə insana deyir ki, qalx ayağa, yetər artıq xəyallara bel bağlayıb yatmaq, buxovlanmış əzmkarlığını, vətən eşqini, vətəndaşlıq borcunu anıb da paslanmış zəncirləri qır illərdən bəri sinəndə qövr edən sözləri hayqır, bir daha türk olduğunu, azərbaycanlı, qarabağlı olduğunu bütün dünyaya bəyan et! Burda sadəcə onu deyə bilərik ki, Qarabağ boyda bir dərdi olan xalqın ədəbiyyatında nəhayət ki, belə bir əsər yaranmalı idi yarandı da.

Aqil AbbasınDoluromanı təsvir olunan hadisələrin baş verdiyi dövrü, şəraiti etnoqrafik, sosial, siyasi cəhətdən olduqca dəqiq ifadə etməsi baxımından böyük üstünlüklərə malikdir. Müəllif təqdimatında, təsvirlərində əsl türkçülük, qarabağlılıq ruhu nümayiş etdirib.

Yazıçı sözçülüyə geniş yer vermədən mahiyyəti açmağa çalışır buna yetərincə nail olur. Oxucu mövcud şəraitdə Qarabağın müdafiəsinin mümkünsüzlüyünə , türklərin bizə daha çox kömək edə biləcəklərinə inanır.

Sonda oxucu nələri itirdiyimizin ağrısını da müəlliflə təkrar-təkrar yaşayır. Müəllif heç bir tərəfkeşlik etmədən real mənzərəni oxucunun gözləri qarşısında canlandırır.

Günləri, ayları yola vermişik. Artıq neçə ildir ki, biz Qarabağsız, Qarabağ da bizsiz qalıb. Neçə illərdi ki, yurd yerimiz Qarabağ gözlərini övladlarının onu son dəfə tərk etdiyi yola dikib, bizim gözlərimiz gəldiyimiz yollarda asılıb qalıb. Qarabağ bizə gəlməyəcək, biz ona dönəcəyik. Bunun üçün xalq bir yumruq kimi birləşərək son sözünü deməlidir. Xalq isə son sözünü o zaman deyəcək ki, onda igidlərin, vətən oğullarının damarlarında qaynayan qan damarlara sığmayacaq. elə bu qan igidləri cuşa gətirib daha cəsarətli, qorxmaz edəcək. Xalq o günü gözləyir inanır ki, o gün çox da uzaqda deyil. O GÜN HÖKMƏN GƏLƏCƏK!

 

 

Könül HEYDƏROVA

 

525-ci qəzet.- 2010.- 5 iyun.- S.25.