Alim Qasımov David Vendettanın klipinin təqdimatı olub

 

Böyük xanəndə Alim Qasımovla məşhur fransalı dicey bəstəkar David Vendettanın birgə oxuduqları “İ am your goddesmahnısına çəkilən klipin təqdimatı keçirilib. APA-nın məlumatına görə, layihəni həyata keçirənMamediaşirkətinin prezidenti layihənin prodüseri Mübariz Abdullayev bildirib ki, “İ am your goddesmahnısı 2010-cu ilin mart ayında D.VendettanınVendettaadlı albomunda 4-cü sırada yer alıb: “Bu layihə ilk dəfə olaraq azərbaycanlı ifaçı ilə dünya şöhrətli dicey bəstəkarın birgə işidir. Qısa vaxtda bu mahnı dünyanın ən məşhur radiostansiyalarında top-onluqlarda ön sıralarda səsləndi artıq bu yayın super hitinə çevrilməkdədir”. M.Abdullayev deyib ki, klipin bir hissəsi Bakıdaİçərişəhər Qız qalasında, digər hissəsi isə Mərakeşdə çəkilib: “Klip iyunun 6-dan etibarən dünyanın aparıcı musiqi kanallarında gündəlik rotasiyaya girəcək. Vendettanın klipləri hər zaman MC, MTV, “Viva”, “Europa 2” digər məşhur dünya kanallarında yayınlanıb. Bu layihənin bütün xərcini David Vendetta özü çəkib. Layihəyə ümumilikdə 150 min avro xərclənib”.

Alim Qasımov da bu əməkdaşlıqdan razı qaldığını qeyd edib bu işin onun üçün çox ürəkaçan olduğunu söyləyib: “Sözsüz ki, bu cür layihələrdə iştirak hər zaman yaxşıdır. Məni dəvət etdilər razılaşdım, nəticə isə göz önündədir”. A.Qasımov bu layihəyə görə ona müəyyən məbləğdə qonorar təklif etsələr , bundan imtina etdiyini açıqlayıb.

 

 

 525-ci qəzet.- 2010.- 4 iyun.- S.7.