Şair Aslan Kəmərli anılıb

 

Qazax rayonunun Kəmərli kəndində

 

Aslan Kəmərli adına orta məktəbdə Qazax Xeyriyyə Cəmiyyətinin ,MəhsətiQadın Şairlər İctimai Birliyinin dəstəyi ilə şair Aslan Kəmərlinin anım günü keçirilib. Birlikdən verilən məlumata görə, tədbirdə akademik Teymur Bünyadov, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Qazax rayon icra hakimiyyətinin nümayəndəsi Sərdar Orucov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, Yazıçılar Birliyi Qazax şöbəsinin sədri şair Barat Vüsal, “Məhsəti”nin sədri, filologiya elmləri namizədi Fəridə Ləman, Aslan Kəmərli adına orta məktəbin direktoru Minarə Rəhimova digərləri çıxış edərək A.Kəmərlinin yaradıcılığından, Qazaxın ictimai həyatındakı fəaliyyətindən söz açıblar. Şairin adını daşıyan orta məktəbin şagirdləri onun şeirləri əsasında hazırlanan ədəbi-bədii kompozisiya təqdim ediblər. Tədbirdə A.Kəmərlinin 3 cildliyinin 3-cü cildinin təqdimatı da keçirilib. Sonda şairin qardaşı Səyad Yolçuyev çıxış edərək tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

 

 

525-ci qəzet.- 2010.- 10 iyun.- S.7.