Qaxda II respublika kukla teatrları festivalı

 

Mədəniyyət Turizm Nazirliyi Qax şəhərində rayon icra hakimiyyəti ilə birgə II respublika kukla teatrları festivalı keçirir. Festivalda Abdulla Şaiq adına Bakı Dövlət Kukla Teatrının, habelə Qax, Naxçıvan, Gəncə Salyan dövlət kukla teatrlarının kollektivləri iştirak edirlər.

Qax Dövlət Kukla Teatrının binası qarşısındakı meydanda ictimaiyyət nümayəndələri teatrsevərlərin iştirakı ilə keçirilən təntənəli açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev festival iştirakçılarını salamlayaraq Azərbaycanın görkəmli səhnə ustası İsmayıl Dağıstanlının doğulduğu bu gözəl diyarda belə bir mötəbər sənət bayramını təşkil etdiyi üçün qaxlılar adından Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Mədəniyyət Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva son illər ölkəmizdə mədəniyyət incəsənətin, o cümlədən teatr sənətinin inkişafına göstərilən yüksək dövlət qayğısından söz açıb: “Festivalın ölkənin dilbər guşələrindən olan Qax rayonunda keçirilməsi heç təsadüfi deyil. Burada fəaliyyət göstərən kukla teatrı respublikanın kukla teatrları arasında öz dəst-xətti ilə seçilir. Teatrın kollektivi dəfələrlə beynəlxalq festivallarda Azərbaycanı uğurla təmsil edib”.

F.Əliyeva çıxışında festivalın proqramının olduqca zəngin olduğunu, festival çərçivəsində hər teatrın 2 tamaşa göstərəcəyini qeyd edib: “Festivalın müsbət cəhətlərindən biri odur ki, hər tamaşadan sonra tədbirə dəvət olunmuş tanınmış teatrşünasların, teatr mütəxəssislərinin, müəlliflərin iştirakı ilə müzakirələr keçiriləcək, teatrların gələcək inkişaf perspektivləri ilə bağlı söhbətlər aparılacaq. Bundan əlavə, festival iştirakçıları üçün yaradıcılıq görüşlərinin, müxtəlif əyləncəli proqramların, ədəbi-bədii axşamların, kütləvi gəzintilərin təşkili nəzərdə tutulur”. Mərasimdə sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə çıxış edərək, teatrların yaradıcılıq imkanlarının daha da genişlənməsində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb, festival iştirakçılarına uğurlar arzulayıb. Sonra festival iştirakçılarına Qax Dövlət Kukla Teatrının təqdim etdiyi rus xalq nağılı əsasında hazırlanmışTurptamaşası təqdim olunub. Qeyd edək ki, festival bir həftə davam edəcək.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 19 iyun.- S.16.