Azərbaycan kinematoqrafçıları” kitabı çap olunub

 

Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Film Fondunun təşəbbüsü ilə kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabı işıq üzü görüb. Müəllifin bildirdiyinə görə, kitabda 15 kino xadiminin həyat və yaradıcılığından söhbət açılıb: “112 illik Azərbaycan kino tarixinə onlarla kino sənətkarımızın adı həkk olunub. Ötən illər ərzində onlardan bir çoxu dünyasını dəyişib, lakin müxtəlif janrda çəkdikləri filmlər bugünkü nəsilə yadigar qalıb”. Yeni nəşrdə haqqında söz açılan kinematoqrafçılar sırasında Lütfəli Abdullayev, Emin Sabitoğlu, Həsənağa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərov, Ceyhun Mirzəyev və başqaları var.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 24 iyun.- S.7.