Aşıqlar Birliyinin ilk “Ozan dünyası

 

Azərbaycan Aşıqlar Birliyinin mətbu orqanıOzan dünyasıjurnalının ilk nömrəsi işıq üzü görüb. Dərgidə Azərbaycan aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, Azərbaycan aşıqlarının V qurultayı, qurultay nümayəndələrinin prezident İlham Əliyevə müraciəti, qurultayın qətnaməsi yer alıb. Jurnalda həmçinin akademik Bəkir Nəbiyevin, Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun, filologiya elmləri doktoru Məhərrəm Qasımlının, aşıq sənəti üzrə YUNESKO-nun Azərbaycanda eksperti Sənubər Bağırovanın, “Aşıq Pəriməclisinin sədri Gülarə Azaflının V qurultaydakı çıxışlarının tam mətni öz əksinin tapıb. “Ozan dünyası”nın ilk sayında həmçinin millət vəkilləri Rafael Hüseynov, Qənirə Paşayeva, şair İlyas Tapdıq digərlərinin aşıq sənətinin görkəmli nümayəndələri haqqında fikirləri başqa maraqlı materiallar dərc olunub.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 25 iyun.- S.4.