Gəncə Dram Teatrı mövsümü Mir Cəlalın “Ərik ağacı” ilə yekunlaşdıracaq

 

Gəncə Dövlət Dram Teatrı 115-ci mövsümünə Mir Cəlal PaşayevinƏrik ağacıəsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşa ilə yekun vuracaq. Teatrın direktoru Əli Qasımovun bildirdiyinə görə, başa çatan teatr mövsümü kollektiv üçün uğurlu olub: “Yaradıcı kollektivimiz Gəncə teatrsevərlərinə bu mövsüm ərzində bir neçə yeni əsər təqdim edib. Şair-dramaturq XəzangülünMəhəbbətin qənimi”, Əli ƏmirlininVarlı qadın “, ElçininÖlüm hökmü görkəmli yazıçı Mir Cəlal PaşayevinƏrik ağacıəsərləri əsasında hazırlanmış tamaşalar Gəncə tamaşaçıları tərəfindən alqışlarla qarşılanıb. Bu uğuru təhlil edərək kollektiv olaraq belə qərara gəlmişik ki, teatr mövsümünü elə Mir Cəlal PaşayevinƏrik ağacıəsəri əsasında səhnələşdirdiyi tamaşa ilə başa vuraq. Yaxın günlərdə yaradıcı heyət həmin tamaşanı təqdim edəcək sentyabr ayının 15-dək Gəncə teatrsevərlərindən ayrılacaq”.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 25 iyun.- S.4.