Bahardan bir gün əvvəlMüasir İncəsənət Mərkəzində

 

Tanınmış rəssam Yelena HaqverdiyevanınBahardan bir gün əvvəladlı fərdi yaradıcılıq sərgisi Müasir İncəsənət Mərkəzində təşkil edilib. Sərgidə rəssamın yağlı boya ilə çəkilmiş 40-dan artıq tablosu nümayiş etdirilir. Onların arasında mənzərə portretlər üstünlük təşkil edir. Mərkəzin başqa zalında isə rəssamın hazırladığı dekorativ kostyumlar təqdim olunur. Xatırladaq ki, Y.Haqverdiyeva 2004-2005-ci illərdə həyat yoldaşı, rəssam Ucal Haqverdiyevlə birgə Bakıdakı Apostol Varfolomey kilsəsinin tərtibatında iştirak edib. Onun əsərləri dünyanın bir çox ölkələrində nümayiş etdirilib, Azərbaycan, Almaniya, Fransa, Rusiya, ABŞ Böyük Britaniyada şəxsi kolleksiyalarda saxlanılır. Sərgi martın 5-dək davam edəcək.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 4 mart.- S.7.