Çexovun RusiyasıBakıda nümayiş olunur

 

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) böyük rus yazıçısı Anton Çexovun anadan olmasının 150 illik yubileyi ilə əlaqədarÇexovun Rusiyasıadlı sərgi açılıb. RİMM-dən verilən məlumata görə, sərgidə məşhur Rusiya kitabsevəri V.Belikovun kolleksiyasından nadir materiallar təqdim edilir. Bakı Slavyan Universitetinin professoru R.Quliyeva dosent F.Muradova tədbirdə çıxış edərək, Çexov yaradıcılığının müasir dünya ədəbiyyatına çağdaş teatrın inkişafına təsirindən danışıblar. S.Vurğun adına Dövlət Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski sərgi iştirakçılarına teatrda A.ÇexovunQağayıpyesinin tamaşaya qoyulmasından, bununla bağlı aparılan yaradıcılıq axtarışlarından söhbət açıb. Rusiya Fransa səfirlikləri nümayəndələrinin, Bakı Slavyan Universitetinin müəllim tələbələrinin, yaradıcı ziyalıların iştirakı ilə keçirilən tədbirin sonunda Dövlət Rus Dram Teatrı aktyorlarının ifasındaQağayıtamaşasından parçalar göstərilib.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 5 mart.- S. 7.