Xilaskar ölüm marşı

 

Ağdam turistlər arasında maraq doğuran 20 ruhlar şəhərindən biridir.

 

WebUrbanist.com

 

(“Ruhlar şəhərisilsiləsindən)

 

Ayrı-ayrı illərdə evimizin birinci mərtəbəsində yaşamış, el arasındauçilişakimi tanınan Ağdam Musiqi Texnikumunun tələbələribakılı Qreta, mirbəşirli İradə, jdanovlu Validə, leninakanlı Roza, zəngilanlı Aybəniz, qonşuda yaşasa da, günü bizdə keçən dnepropetrovsklu Dina neçə-neçə şəhərdən gəlmiş başqa qərib qızların səhər o başdan gecə yarıyadək pianoda çaldıqlarının Bethovenin, Hacıbəyovun, Şopenin əsərləri olduğunu çox sonralar biləcəkdim. Kirovabadlı skripka müəlliməsi Pərvanənin tələbəlik həyatından bəhs edən söhbəti mənə yad skripkasından çıxan cüyültü səsindən xeyli xoş idi. Çox keçmədi o mənə bu alətini sevdirə, onun ecazkar səsini not-not ruhuma hopdura bildi.

 

lll

 

80-ci illərin əvvəlləriydi. Moskvadan göstərilən, italyan bəstəkar Paqanininin həyatından bəhs edən dördseriyalıNikkolo Paqaninifilmi məhəlləmuzıkant”larının söhbət mövzusuydu. Tezliklə filmin sədasıuçilişa”ətrafı digər məhəllələrə yayıldı. Axşamlar filmə baxır, səhərlərsə müzakirə edirdilər. “Baş rola Rəmiş çəkilməliymişxəbəri ildırım sürətilə yayılmışdı. “Rəmişə təklif ediblər, razılaşmayıb. Müslüm Maqomayev özü onu rejissora məsləhət görübmüş”. Həqiqətən filmdəki uzunsaç Paqanini Rəmişə oxşayırdı. Bəlkə buna görə Rəmiş haqqında növbəti əfsanə yaranmışdı.

Bu filmdən sonra skripka mənim uşaqlıq illərimin sevimli röyasına çevrildi. Pərvanə deyirdi ki, bu filmdə skripkanı çalanın adı Koqandır. O, çox məşhur imiş. Paqaninin muzeydəki skripkasını çalmağa yalnız onun icazəsi varmış. Elə onun təkidiylə baxdığım Tarkovskinin “Stalker” filmi kimi, mənə göstərdiyi, danışdığı başqa maraqlı bilmədiklərimi çox sonralar dərk edəcəkdim. AtamınBununla rusca danış!” xahişinə o, ciddi yanaşsa da, mən zorən tabe olurdum. skripkada çalmağı öyrəndim, ruscanırusdan yaxşı danışmağı”. Buna baxmayaraq, bəlkə onun həyatının ən sevimli şagirdi oldumdeyirlər birinci sevimli olur. O deyirdi ki, indi olmasa, vaxtsa bu musiqiləri duyacaqsan, bu filmləri anlayacaqsan. Düz deyirmiş, indi hətta onun özünü belə duyur dərk edirəm.

 

lll

 

Xaçmaz əsilli bakılı balası Zema (səhv etmirəmsə, adı Zemfira idi) isə Allahın bəlasıydı. Kənddə xalamgilin təpəsindən az qala Xıdırlı dağlarının o üzü görsənən gilas ağacının yalnız sərçələr qonan budaqlarına çıxmağa tək onun hünəri çatardı. Arıq, çəlimsiz bu qız yadımda həm oxuduğu kitablarla qalıb. Ad günümə bağışladığıOvod”u yüzlərlə o biri kitablar kimi işğaldan qoruya bilməməyi özümə bağışlamıram. Elə bilirəm onun özü əsirlikdə qalıb.

 

lll

 

Deyirlər, musiqini gecə dinləmək yaxşıdı. Elə konsertlər bir qayda olaraq axşamlar olur. Amma mən böyük həvəslə bu qaydanı dağıdardım. Səhərlər musiqi səsinə oyanmaq qədər gözəl nəsə varmı? Mənim o sabahlarımın yerində, görəsən, indi hansı səhərlər açılır? ...Piano dillərindən qopan Bethovenin ürək əsdirənaylısonatası yatanlar oyanmasın deyə barmaq ucunda çölə axır, baharın ilıq sübh nəfəsini elə bu gecə çiçəkləyən armud ləçəklərinin qoxusu ilə birlikdə içinə çəkib yuxarı mərtəbəyə qalxır, açıq pəncərədən ruh kimi yatmış bədənə girir... İlahi, bu anları mənmi yaşamışam? Bu səhərləri mənmi açmışam? Musiqini səhər çalarlar, dostum oxucu! Hava hələ çirklənməmiş, sular hələ dupduruykən, hələ adamlar ayılıb bir-birinə yalan söyləməmiş, ər sevdiyi arvadıyla, körpə anasıyla, bəndə Allahıyla olanda çalarlar...

 

lll

 

Artıq 80-ci illərin sonuydu, böyümüşdüm. Bakıdan tətilə gəlmişdim. Bir axşam hamı televizorun başına yığılmışdı, qonşu qızlar da gəlmişdi. Neçə gün həsrətlə gözlədikləri film başlayacaqdı. Müəllimləri bu filmə baxmağı tapşırıbmış. Gözəl aktrisanın təqdimatından sonra başlamasından xeyli keçsə , heç kimdə maraq yaratmırdı. Filmin qəhrəmanıtəlxəklikedir, bir başqası oxuyur, digərləri atılıb-düşürdü. Böyüklərimiz çoxdan durub getmişdi. Darıxsaq da səbrimizi basır, ciddi görkəmlə tamaşanı davam edirdik. Kadrlar ötür, yavaş-yavaş həyəcanlı epizodlar gəlir, hamını maraq bürüyür, diqqət kəsilirdik. Sonra butəlxəyəürəyimiz ağrıdı, onun ölüm səhnəsi canımızı çəkdi. Meyiti qəbiristanlıqda quyuya oxşayan ümumi məzara atılanda elə bildim məni tolazladılar ora. Yağışlı qəbiristanlıq fonunda çalınan ilahi musiqiylə film sona yetəndə gözlərə kiprik yerinə yaş gilələrindən sərhəd çəkilmişdi...

Sonralar neçə-neçə gözəl filmlər görəcəkdim. Amma heç biri onun kimi sevimli olmayacaqdı. Həmin axşam “Retro” proqramında göstərilən filmin adı “Amadeus”, “təlxəkqəhrəmanı Motsart, hamını sehrləyən musiqi isə onunRekviyem”iydi. O musiqi ki, mən onu Yerin himni kimi Qiyamət günündə xilas ümidiylə Yer adına kosmosa mesaj göndərərdim. Yəqin, onu dinləyən keçər günahımızdan. Bu Xilaskar Ölüm Marşı bizi qoruyan mələyə dönər. Motsartın bütöv kainata sığmayanRekviyem”i həmin gecə mənim sevdalı ürəyimə sığmışdı... qəlbimin sərhədləri ulduzlardan ulduzlaradək olan gecə.

Onda, o ilahi gecədə ağlıma da gəlməzdi ki, bir vaxt buRekviyemsanki ruhlar şəhərimə yazılıbmış kimi Ağdamla bağlı çəkmək istədiyim filmin saundtreki olacaq. Yəni filmi bitirən musiqi...

 

 

LENT.AZ

 

Vahid QAZİ

 

525-ci qəzet.- 2010.- 6 mart.- S. 9.