Diqqət, şəhərdə manyak vartamaşası maraqlı alınıb

 

Musiqili Komediya Teatrında Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Əziz Nesinin yaradıcılığı əsasındaDiqqət, şəhərdə manyak varkomediyası nümayiş etdirilib. Oruc Qurbanovun ssenarisi üzrə qurulmuş tamaşaya musiqini bəstəkar Sərdar Fərəcov yazıb. Əsərdə əsas obrazlardan olan Qəmzə xanım rolunu xalq artisti Afaq Bəşirqızı, qaz təmirçisi Qəmzə xanımınmanyakırolunu isə xalq artisti Valeh Kərimov canlandırır. TamaşaçılarBəxt üzüyütamaşasında eyniadlı filmdə tərəf-müqabilSöylü Moşu kimi görərək sevdikləri məşhur ifaçıları bu dəfə tamamilə yeni ampluada seyr edirlər. Onların ifası bu dəfə tamaşaçıların bolluca gülüşünə yol açır. Mənim nəzərimdə, bu tamaşa son illərdə ölkə səhnəsində oynanılan ən maraqlı səhnə əsərlərindən biri kimi qiymətləndirilə bilər.

Ancaq təəssüf ki, tamaşadan əldə etdiyim təəssüratları tamamlamağa müvəffəq olmadım. Çünki bir vaxtlar yalnız ekranlarda izlədiyim, mənimçün hardasa əlçatmaz olan Afaq xanım Valeh müəllimlə birbaşa ünsiyyətdə olmaq cəhdim alınmadı. Onların fikirlərini dinləmək suallarıma görkəmli sənətçilərimizdən cavab almaq istəyim baş tutmadı. Səbəb isə istəkli sənətkarların tamaşadan sonra yorğunluğu, vaxt azlığı oldu. Ancaq mən inanıram ki, onlarla görüşmək, bu tamaşa ümumən yaradıcılıqları barədə fikirlərini öyrənmək mənə nəsib olacaq.

Musiqili Komediya Teatrının fəaliyyətinə gəlincə, bu kollektiv sənətsevərləri maraqlı tamaşalarla sevindirməkdə davam edir. İnanıram ki, teatrın sonrakı səhnə işləri maraqla qarşılanacaq.

 

 

Ülviyyə QULİYEVA

 

525-ci qəzet.- 2010.- 11 mart.- S. 7.