Azərbaycanlı vokalçı beynəlxalq müsabiqənin birincisi olub

 

Aprelin 27-dən mayın 2-dək İtaliyanın Matera şəhərində keçirilən Vokalçıların 10-cu Roza Ponsel adına Beynəlxalq Müsabiqədə azərbaycanlı vokalçı Cavid Səmədov 100 baldan 98 bal toplayaraq 1-ci yeri qazanıb. Bu barədə Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müsabiqə 2 tur finaldan ibarət olub. Təşkilatçılar Cavidin ifasını Youtube-da izləyib, özləri onu taparaq, müsabigəyə dəvət ediblər. Müsabiqədə 10-12 ölkə iştirak edib. Onların arasında Koreya, Malayziya, İtaliya, Yaponiya, Misir, Rusiya, Azərbaycan s. ölkələr olub. Qeyd edək ki, Cavid Səmədov Mədəniyyət Turizm Nazirliyinin maliyyə dəstəyi ilə 2008-2010-cu il müddətində İtaliyanın Ozimo şəhərində yerləşən Ozimo Opera Sənəti Akademiyasında hazırlıq kursunu keçir. Bu müddətdə dünyanın tanınmış opera sənəti ustalarındanRaina Kabaivanska, Uilliam Mateuzzi, Antonio Yuvarra, Serjio Segalini, Lella Cuberli kimi sənətçilərdən ustad dərsləri alıb. Təhsil aldığı müddətdə Akademiyanın təşkil etdiyi 8 konsertin hər birində iştirak edib.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 7 may.- S.7.