Ömrümü xalqıma bağışlayıramƏbədiyyət məbədikitablarının təqdimatı olub

 

Dövlət Mahnı Teatrında Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə şair, yazıçı-publisist Mirkazım Seyidovun ümummilli liderə ithaf etdiyiÖmrümü xalqıma bağışlayıram Heydər Əliyev Fondunun beşillik fəaliyyətinə həsr olunmuşƏbədiyyət məbədikitablarının təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən müəllif ümummilli liderin mənalı ömründən, xalqımız qarşısında əvəzolunmaz xidmətlərindən, uzaqgörən rəhbərin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə təşkil olunan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən söz açıb, ulu öndərin ümumbəşəri ideyalara malik irsinin elmi əsaslarla öyrənilməsinin vacibliyini vurğulayıb. M.SeyidovHeydər Əliyev irsi Azərbaycanın milli sərvətidirdevizi altında silsilə tədbirlər həyata keçirildiyini qeyd edib. Təqdim olunan kitablar Azərbaycan, rus, ingilis dillərində işıq üzü görüb. Tədbir çərçivəsində ümummilli liderin şərəfli ömür yolunu Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib. Mərasimdə H.Əliyevə həsr olunan şeirlər səslənib, respublikanın tanınmış incəsənət ustaları konsert proqramı təqdim ediblər.

 

 

SARA 

 

525-ci qəzet.- 2010.- 12 may.- S.7.