Eldar Mikayılzadənin Dahilərə ithaf sərgisi açılıb

 

Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi ümummilli lider Heydər Əliyevin 87-ci ildönümü münasibətilə Hacı Eldar Mikayılzadənin Dahilərə ithaf adlı sərgisini təşkil edib. Eldar Mikayılzadə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlayıb. O, 1986-cı ildən SSRİ Rəssamlar İttifaqının, 2004-cü ildən Rusiya Rəssamlar İttifaqının YUNESKO yanında Rəssamlar Birliyinin üzvüdür. Beynəlxalq sərgilərin iştirakçısıdır. Müxtəlif illərdə London, Paris, İstanbul, Brüsseldə fərdi sərgiləri keçirilib. Frankfurtda keçirilən sərgidə Yaranış xalçası qızıl medala layiq görülüb. Əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveytdə şəxsi kolleksiyalarda saxlanılır.

Tədbirdə iştirak edən Şeyx Hacı Allahşükür Paşazadə, görkəmli rəssam Tahir Salahov, muzeyin direktoru Röya Tağıyeva, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov digər iştirakçılar çıxışlarında Eldar Mikayılzadənin Heydər Əliyev obrazına dəfələrlə müraciət etdiyini, bununla ümumilli liderin şəxsiyyətinə fəaliyyətinə rəğbətini əks etdirdiyini vurğulayıblar. Çıxışlarda E.Mikayılzadə yaradıcılığının sənətkarlıq xüsusiyyətlərindən geniş danışılıb. Heydər Əliyev onun ömür-gün yoldaşı Zərifə Əliyevanın təsvir olunduğu əsərdə iki ruhun qovuşması ön plana çəkilir. Heydər Əliyevin portreti əks olunan xalçada isə Azərbaycanın hər bölgəsindən bir dağ abidə, həmçinin ümummilli liderin təşəbüssü ilə inşa edilən yenidən bərpa olunmuş tarixi tikililərin təsviri verilib. Sərgidə nümayiş olunan İthaf xalçası iki böyük sənətkara Səttar Bəhlulzadəyə Lətif Kərimova həsr edilib. Azərbaycan nağılları, Şəbi-hicran, 114. Bismillah kimi xalçalarda E.Mikayılzadə yaradıcılığına məxsus önəmli məziyyətlər diqqəti çəkir.

 

Günel MUSAYEVA

525-ci qəzet.- 2010.- 12 may.- S.7.