Rəsul Rza ilə bağlı vebsaytın təqdimatı olub

 

Muzey Mərkəzində Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, XX əsr poeziyamızın ən parlaq simalarından biri olan xalq şairi Rəsul Rzanın əsərlərindən ibarət kitabların şairə həsr olunmuş vebsaytın təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış ədəbiyyat incəsənət xadimləri, ziyalılar iştirak ediblər. Tədbirdə çıxış edən mərasim iştirakçıları Rəsul Rzanın bütün həyatını yaradıcılığını əks etdirən saytla tanış olublar. Sayt əsasən 3 hissədən ibarətdir şairin həm ömür yolunu, həm yaradıcılıq bioqrafiyasını, çoxşaxəli fəaliyyətini dolğun şəkildə işıqlandırır. Burada şairin şəkilləri, onun haqqında xatirələr, yaradıcılığından bəhs edən materiallar, şeirlərinə bəstələnmiş mahnılar yerləşdirilib. Tariyel Məmmədov tərəfindən hazırlanan vebsayt ədəbiyyatsevərlər, şairin yaradıcılığının vurğunları tərəfindən maraqla qarşılanacaq bir səviyyədə tərtib olunub. Rəsul Rzanın əsərlərinin toplandığı mərasimdə ictimaiyyətə təqdim olunan kitablar da şairin ədəbi yaradıcılığını əks etdirmək baxımından diqqətəlayiqdir.

 

 

Aytən FEHRUZ

 

525-ci qəzet.- 2010.- 18 may.- S.7.