Teatr Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir təşkil edilib

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd edilib. “Muzeylər sosial harmoniya vasitəsidirdevizi altında keçirilən tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunub Üzeyir dünyası muzeylərdəadlandırılıb. Tədbir boyu bəstəkarın əsərlərindən parçalar səsləndirilib, onun həyat yaradıcılığını əks etdirən səyyar fotosərgi, əsərlərinin səhnə təcəssümü ilə bağlı geyim dekorasiya eskizləri, digər fond materialları nümayiş etdirilib. Qonaqlara Azərbaycan Dövlət Musiqili Komediya Teatrı aktyorlarının ifasında Ü.HacıbəylininArşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu digər əsərlərindən parçalar, Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərənTotemtələbə studiyasının hazırladığıƏr və arvadoperettasından səhnələr təqdim edilib. Eyni zamanda tədbir çərçivəsində 5 saylı İncəsənət Məktəbinin şagirdləri arasındaBiz Üzeyir bəyi necə görürükadlı rəsm müsabiqəsi keçirilib.

 

 

Günel MUSAYEVA  

 

525-ci qəzet.- 2010.- 20 may.- S.7.