Səhnə sənətimizdə Məleykə Əsədova imzası

 

BU İMZA AKTRİSANIN 20 İLDƏN ARTIQ MÜDDƏTDƏ KEÇDİYİ ÖZÜNƏMƏXSUS YARADICILIQ YOLUNDA QAZANDIĞI SƏNƏT UĞURLARI İLƏ SEÇİLİR 

 

Mədəniyyətin bir çox aparıcı sektorları mövcuddur. Təbii ki, onlar da məhz incəsənətin inkişafında önəmli rol oynayırlar. Kino, rəssamlıq, musiqi, opera sahəsi adlarını sadalamaqla bitməyən onlarla digər mədəniyyət ocaqları. Fikrimizcə, bütün bunlara baxmayaraq teatr sahəsini xüsusilə fərqləndirmək lazımdı. Çünki teatr canlı ünsiyyət vasitəsi olduğu üçün tamaşaçıya daha çox təsir etmək gücünə malikdir. Düşünürəm ki, kino sahəsi ilə müqayisədə teatr daha böyük əmək, məsuliyyət, peşəkarlıq, sevgi tələb edir. Çünki teatrda hər nüans canlıdır. Aktyorla tamaşaçı arasında sədd, divar yoxdur. Onlar biri-biri ilə bilavasitə təmasda olurlar. Səhnədə olan aktyor birbaşa tamaşaçı ilə kontakta girir, ona şüuraltı təsir etmək imkanında olur, eynilə tamaşaçı reaksiyası da səhnədə olan aktrisanın ovqatına, psixoloji durumuna təsir etmək gücündə olur. Bu sahədə çalışan kifayət qədər böyük sənətkarlar olub ki, onlar bütün həyatlarını məhz teatra həsr ediblər. Xüsusilə teatrda elə aktrisalar olub ki, onlar sanki elə səhnə üçün doğulublar. Bu gün Akademik Milli Dram Teatrında çalışan Məleykə Əsədovanın da obrazlarını seyr etdikcə məhz bir fikir ağla gəlir. O, səhnə üçün doğulub. Artıq 21 ildir səhnədə olan xalq artisti Məleykə Əsədova 1989-cu ildən professional sənətdədir. 1993-cü ilə qədər Gənc Tamaşaçılar Teatrında çalışan aktrisa 1993-cü ildən Akademik Milli Dram Teatrına dəvət alır məhz Akademik Teatrın səhnəsində oynadığı hər obraz yaddaqalan, seçilən olur. Əslində hər aktrisa belə bir şöhrətə, sevgiyə sahib ola bilmir. Çünki hələ səhnəyə çıxmaq professional aktrisa olmaq demək deyil. Aktyor oynadığı hər obrazla tamaşaçını inandırmağı bacarmalıdır. Məleykə Əsədovanın oynadığı obrazlar da məhz bu baxımdan seçilə bilib. Aktrisanın sənət yoluna ekskursiya etsək, görərik ki, onun oynadığı bütün obrazlar çox məsuliyyətli, xarakterik məzmun baxımından ciddi olublar. Əbəs yerə deyil ki, uzun illər teatrda ona yalnız baş rollar həvalə olunub. Yəqin ki, Məleykə Əsədovanın oynadığı Sabit RəhmanınNişanlı qıztamaşasında Zərifə, Şıxəli QurbanovunƏcəb işə düşdüktamaşasında Dilarə, Nahid HacızadəninQisas qiyamətə qalmaztamaşasında Mehri, Bəxtiyar VahabzadəninÖzümüzü kəsən qılınctamaşasında Selcan, ŞeksprinKral Lir”ində Kardeliya, Nəriman HəsənzadəninPompeyin Qafqaza yürüşü”ndə İlkcan, Səməd VurğununFərhad Şirin”ində Şirin, “Leyli Məcnunda Leyli onlarla digər baş rollar onun aktrisalıq sənətindən xəbər verir. Yeri gəlmişkən onu da qeyd edək ki, Məleykə Əsədova teatrda çalışdığı dönəmlərdə paralel olaraq televiziya tamaşaları ilə böyük tamaşaçı sevgisi qazana bildi. Orxan KamalınYad qızıtamaşasında oynadığı Jalə obrazı, Əlibala Hacızadənin məşhurİtkin gəlinteleserialında oynadığı Əfsanə isə aktrisanın uğurlarını ikiqat artırdı. Əslində Xalq artistinin sənət uğurları barədə danışanda onlarla belə tamaşaların adını çəkmək mümkündür. Ən maraqlı önəmlisi odur ki, Məleykə Əsədova bir tamaşada iki fərqli obrazı belə oynayacaq qədər cəsarətli bir aktrisadır. Xatırlayırsınızsa, onunMisir gecələri”, “Yusif Züleyxatamaşasında oynadığı hər iki obraz xarakter baxımından tamamilə fərqlidir. 15 dəqiqə ərzində aktrisanın bir psixoloji durumdan digərinə düşməsi, bir obrazdan digərinə keçid alması heç asan deyil. Çünki peşəkar aktrisa tamaşaçıda obraza qarşı maraq yaratmaq üçün o obrazı ruhən yaşamalıdır. Əgər belədirsə, onda Məleykə Əsədovanın 15 dəqiqə ərzində eyni əsərdə Züleyxa obrazından sonra digər bir obrazı oynaması həqiqətən Azərbaycan teatr səhnəsində inqilab edəcək bir addım kimi qiymətləndirilə bilər. Bu bir daha onun istedadını sübut edə biləcək faktdır. Heç əbəs deyil ki, ulu öndərimiz Heydər Əliyev onun sənətinə böyük qiymət verib. Heç kimə sirr deyil ki, Heydər Əliyev incəsənət aləmini diqqətlə izləyirdi. Xüsusilə teatr xadimlərinə, aktyorlara böyük qayğı göstərirdi bu qayğı məhz sənətə olan sevgidən qaynaqlanırdı. Məhz aktrisanın sənətinə olan diqqətin nəticəsi idi ki, çox gənc yaşlarından M.Əsədova xalq artisti adına, prezident təqaüdünə layiq görüldü.

Məleykə Əsədova kimi aktrisaların da qiymətini bilmək lazımdır. Çünki belə aktrisalar Azərbaycan teatrının yaşaması üçün lazımdırlar. Dram Teatrına gedənlər bir çox tamaşada məhz onu görürlər onun peşəkar aktrisa kimi tamaşaçılar tərəfindən sevilməsi göz qabağındadır. Bir məqama da diqqət yönəltmək istərdik ki, Məleykə Əsədova təkcə teatr səhnəsində deyil, o cümlədən dövlət tədbirlərində, seçkilərdə fəal iştirak edən sənətkardır. Onu bir gündə iki rayonun təşkil etdiyi tədbirlərdə görmək mümkündür, dövlət tərəfindən hazırlanan mərasimlərdə tez-tez görünür. Deməli, aktrisa həm ictimai sahədə fəal iştirak etməyi layiqincə bacarır. Ən maraqlı məqamlardan biri odur ki, Məleykə Əsədova səhnəyə gəldiyi ilk gündən bu vaxta qədər yalnız bir yola önəm veribdövlətçilik yoluna. Onu heç bir dönəmdə əqidəsindən dönən görmədik. O, xalqını, dövlətini sevən sənətçidir. Mənə elə gəlir ki, Məleykə Əsədova məhz sənət üçün doğulub. Onda aktrisa üçün lazım olan bütün komponentlər birləşib. İstər səhnə plastikası, istər səs diapazonu, istər tamaşaçı ilə ünsiyyət yaratmaq bacarığı, istərsə aktrisa ürəyi. Elə ən əsası da ürəkdir. Əgər aktrisada ürək yoxdursa, o, səhnəyə çıxa bilməz, tamaşaçı sevgisini qazana bilməz. Məleykə Əsədovanı fərqləndirən bir cəhəti odur ki, o heç vaxt cılız reklama qaçmayıb. Səhnədə, efirdə, tamaşaçı yaddaşında yalnız sənəti, yaratdığı obrazlarla qalmağa çalışıb.

 

 

TAHİRƏ

 

525-ci qəet.- 2010.- 21 may.- S.7.