Böyük xanəndə Yaqub Məmmədovun 80 illiyi qeyd olunub

 

Beynəlxalq Muğam Mərkəzində müğam ifaçılığı sənətinin görkəmli nümayəndəsi Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunan mərasim keçirilib. Ustad xanəndənin ifasında lentə alınmışMənsuriyyəilə başlanan tədbiri xalq artisti Arif Qazıyev açıb: “Muğam sənətimizin təkrarsız ifaçısı Yaqub Məmmədov 1930-cu ildə Qarabağın dilbər guşəsi olan Ağcabədidə anadan olub. Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov kimi xanəndələr yetirən bu bölgədə musiqi, muğam erkən yaşlarından Yaqub Məmmədovun da ruhuna hakim kəsilib. 1956-cı ildə Bakıda keçirilən Gənclərin Ümumrespublika festivalında çıxış edən gənc xanəndə ifası görünüşü ilə Həqiqət Rzayeva, Xan Şuşinski, Əfrasiyab Bədəlbəyli kimi görkəmli sənətkarlardan ibarət münsiflər heyətinin diqqətini cəlb edərək festivalın laureatı adını qazanıb”.

Tədbirdə çıxış edənlər məlahətli səsi, istedadı zəhməti sayəsində sənət zirvələrini fəth edən Y.Məmmədovun xalq tərəfindən çox sevildiyini diqqətə çatdırıblar.

Akademik Vasim Məmmədəliyev Y.Məmmədovun qeyri-adi ifası ilə Azərbaycan muğamının şöhrətini dünyaya yaydığını deyib: “Onun ifası muğam sənətimizin tarixində yeni bir mərhələdir. Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə özünəməxsus ənənələr yaradıb, musiqi tariximizdə əbədi iz qoyub”.

Sonra Dövlət Muğam Teatrının solistləri xalq mahnıları, muğam təsniflərdən ibarət konsert proqramı təqdim ediblər.

Foyedə xalq artistinin ömür sənət yolunu əks etdirən fotosərgi nümayiş olunub.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 27 may.- S.7.