Daun sindromlu uşaqlar üçün konsert keçirilib

 

Dövlət Gənc Tamaşaçılar Teatrında Daun Sindromlu Şəxslərin Assosiasiyasının (DSŞA) təşəbbüsü Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləDəcəlləransamblının xeyriyyə konserti gerçəkləşdirilib. Dəcəllərteatrının üzvləri olan balaca aktyorlar professional səhnədə tamaşaçılar qarşısında uğurla çıxış ediblər.Dəcəllər”in ifasındaYallı”, “İspan rəqsi”, “Ərəb rəqsi”, “Ay xanım-xanımxalq musiqisi əsasında səhnələşdirilmiş tamaşa nümayiş olunub. Xüsusi qayğıya ehtiyacı olan bu istedadlı uşaqların çıxışları alqışlarla qarşılanıb. Xeyriyyə tədbirinin açılışında çıxış edən assosiasiyanın rəhbəri Zərifə Məmmədova uşaq hüquqlarının təmin edilməsinin ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, ölkəmizdə xeyirxahlıq rəmzi olan Heydər Əliyev Fondunun nəcib işlər gördüyünü, kimsəsiz, əlil, habelə talassemiya, hemofiliya digər xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqətlə yanaşdığını, onların müalicəsi üçün böyük səylər göstərdiyini vurğulayıb. O, xeyriyyə tədbirinin bu qəbildən olan uşaqların ehtiyaclarına ictimaiyyətin diqqətini yönəltmək, onların problemlərinin həllində səylərin birləşdirilməsi məqsədini daşıdığını qeyd edib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova uşaqları, valideynləri, tədbirin təşkilatçılarını təbrik edib. E.Süleymanova Daun Sindromlu Şəxslərin Assosiasiyası ilə bu uşaqların hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı əlaqələr qurub bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası, ehtiyaclarının aradan qaldırılması, onların istedadının, yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində öz töhfələrini verir. Xalq Artisti Aybəniz Haşımova, müğənnilər Sahib İbrahimov, Bəturə Hüseynova digər incəsənət ustalarının maraqlı ifaları tamaşaçılarda bayram ovqatı yaradıb. DSŞA-nın rəhbəri Z.Məmmədova onu da qeyd edib ki, bu səpkili silsilə tədbirlər Sumqayıtda da keçiriləcək.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 2 noyabr.- S.7.