Qusarda rəssamların yaradıcılıq emalatxanası təşkil edilib

 

Mədəniyyət Turizm Nazirliyi tərəfindən Qusarda istedadlı rəssamların yaradıcılıq emalatxanası açılıb. Nazirlikdən verilən məlumata görə, Darvin Vəlibəyov, Şamil Buksayev, Telman Babayev, Ələsgər Kazımov, Fərhad İsgəndərov, Arzu Əsgərov, Adil Yusifov, Anar Hüseynzadə, Emin Əsgərov, Ruqiyyə Rəhimova, Zərnişan Alqayeva, İlahə Zeynalova, Elşad Hüseynov, İlahə Əliyeva, Nazim Şahverdiyev, Leyla Nəsibova, Əliyar Əlimirzəyev, Cümşüd İbrahimlinin iştirakı ilə yaradıcılıq emalatxanası Qusarın mənzərəli yerlərində təşkil olunub. Tədbir çərçivəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarında keçirilmiş rəsm müsabiqələrinin qalibləri uşaq incəsənət məktəblərinin şagirdləri ilə praktiki nəzəri məşğələlər keçirilib, təsviri sənətin plenerdə işlənmə qaydaları onlara öyrədilib. Qusar rayon Mədəniyyət evində bu dövrdə rəssamlar tərəfindən işlənilmiş rəsm əsərlərindən ibarət sərgi keçirilərək 32 ədəd əsər Qusar Dövlət Rəsm Qalereyasının fonduna əvəzsiz olaraq verilib. Sərginin açılışından sonra rayon Mədəniyyət evində gənc müğənnilər Nurlan Əzizbəyli, Şahnaz Əliyeva, Urfan Cəfərov, Dilbər Kazımova, Ofelya Orucova Qusar rayon Mədəniyyət evinin bədii-özfəaliyyət kollektivinin iştirakı ilə konsert keçirilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 3 noyabr.- S.7.