Yanaqda yağış yeri” təqdim olunub

 

M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasında gənc “Gənc Ədiblər Məktəbi”nin üzvü Nuranə Nurun “Yazıçı” nəşriyyatında çapdan çıxmış “Yanaqda yağış yeri” kitabının təqdimat mərasimi keçrilib. Tədbiri giriş sözü ilə “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri şair Qəşəm Nəcəfzadə açıb. O bildirib ki, Nuranə Nur 1980-ci ildə Göyçay şəhərində anadan olub. Bakıda boya-başa çatıb və təhsil alıb. Uşaq yaşlarından ədəbiyyata, incəsənətə maraq göstərib. Lirik, realist şeirlər yazıb: “Sonra bu şeirlər istedad və zəhmətlə birləşərək geniş oxucu kütləsinin və ədəbi ictimaiyyətin nəzər-diqqətindən yayınmayıb. Onun şeirləri “Azərbaycan”, “Ulduz”, “Ədəbiyyat qəzeti”, “Kaspi” qəzetlərində, poeziya almanaxlarında, və digər mətbu orqanlarda müntəzəm çap olunur”. Kitabın redaktoru Balayar Sadiq Nuranə Nurun şeirlərinin bədii xüsusiyyətlərindən danışıb. Sonda şair oxucuların çoxsaylı suallarını cavablandırıb və yeni şeirlərini oxuyub.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 3 noyabr.- S.7.