Ozan-aşıq dünyasına daha bir səyahət

 

2010-cu il sentyabrın 17-si, cümə günü idi. Saat 11-ə az qalırdı. Telefonum zəng çaldı. Folklorşünas alim, professor Məhərrəm Qasımlı idi. Salam-kalamdan sonra mətləbə keçdi: “İsmayıl müəllim, Azərbaycan Aşıqlar Birliyində Musa NəbioğluBirliyin katibi dünyasını dəyişmiş aşıqlar haqqında kitab-albom hazırlayır. Rəhmətlik atan Aşıq Orucla bağlı sənəd, şəkil başqa yazılarını da götür, get onun yanına. Ola bilsin ki, sizin başqa aşıqlarla bağlı məsələlərdə ona köməyiniz dəydi”. Sonradan mən öyrəndim ki, qurultaydan sonra Azərbaycan Aşıqlar Birliyi yeni layihələr hazırlamaqla məşğuldur. Birliyin xeyir-duası ilə Dədə Şəmşirin, Mikayıl Azaflının, Hüseyn Bozalqanlının, Avdı Qaymaqlının, Aşıq Əkbərin, Əmrah Gülməmmədov kimi ustad aşıqların kitablarının nəşr olunmasından, həmin azman sənətkarların yubileylərinin dövlət səviyyəsində keçirilməsindən xəbərdar idim, iştirak etmişdi. Belə nəcib, xeyirxah təşəbbüsüalbom-kitabın hazırlanması xəbərini eşidəndə qədər sevindiyimi təsəvvür edə bilmirəm. Haqqa qovuşmuş el aşıqlarına həsr olunacaq belə bir kitabın dəyərini, qiymətini yəqin ki, hər bir ziyalı, hər bir sənətsevər bilər...

Azərbaycan mədəniyyətinə, ədəbiyyat musiqisinə dərindən bələd olanlar bilirlər ki, aşıq poeziyası Azərbaycan xalq yaradıcılığının ən qədim zəngin qollarından biridir. Bu şifahi söz sənətini Yunus İmrə, Qurbani, Miskin Abdal, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli, Növrəs İman, Mola Cümə, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şenlik, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Şəmşir, Mirzə Bilal, Miskin Vəli, Mikayıl Azaflı, Aşıq Əmrah, Aşıq İslam başqa ustad aşıqlar, el şairləri yaşadıb inkişaf etdirmiş, bu əvəzsiz mənəvi xəzinəmizi daha da zənginləşdirmiş, ona yeni məzmun, yeni nəfəs, yeni ruh vermişlər. Bu günümüzdə bu xalq sənəti öz zirvəsinə yüksəlməkdədir. Böyük sevinc hissilə deyim ki, aşıq sənəti XXI əsrin ilk onilliyində dünya miqyasında tanınmaq hüququ qazanmışdır. Azərbaycan dövlətinin, xüsusilə YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı təbliği istiqamətində fəaliyyəti nəticəsində 2009-cu ilin 28 sentyabr-2 oktyabr tarixində YUNESKO-nun qeyri maddi-mədəni irsinin qorunması üzrə komitəsinin yekun qərarına əsasən Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri maddi-mədəni irs üzrə siyahısına daxil edildi. Professor Məhərrəm Qasımlının çıxışlarından birində söylədiyi bu cümlələri diqqətinizə çatdırmaq çox yerinə düşərdi: “Kökü yüzilliklərin dərinliklərindən gələn, zəngin musiqi söz repertuarına, teatral keyfiyyətlərə malik olan ozan aşıq sənəti dilimizin, ruhumuzun qorunmasında, mili istiqlal, mili dövlətçilik düşüncəsinin daşınmasında, qəhrəmanlıq, yurdsevərlik duyğularının aşılanmasında tarixən olduğu kimi bu gün misilsiz rol oynamaqdadır”. Bu sözlər real həqiqətlərdir. Bir cəhəti göstərmək istərdim ki, müxtəlif tarixi dövrlərdən ta müasir dövrümüzədək aşıq ədəbiyyatını, onun görkəmli nümayəndələrinin ədəbi irslərini özündə cəmləşdirən bir çox kitablar, nəşrlər, toplular çapdan çıxmışdır. XX əsrin sovet dövrü adlanan illərində aşıqların 4 qurultayı keçirilmiş (1928, 1938, 1961, 1984), habelə bu dövrdə həm klassik, həm çağdaş aşıq poeziyasının örnəkləri sənətsevərlərə, elmi ictimaiyyətə çatdırılmışdır. Aşıq musiqisi nota köçürülmüş, radio televiziya vasitəsilə mütəmadi olaraq efirdə səsləndirilmiş, təbliğ edilmiş, yayımlanmışdır. Azərbaycan Aşıqlar Birliyinin yaranması ilə, onun təşəbbüskarlığı, fəallığı xidmətləri ilə müstəqillik illərində aşıq sənətinə diqqət, qayğı son dərəcə gücləndirilmişdir. Bütün bunlar dövlətçiliyimizin bərpası ilə daha da dolğunlaşan, zənginləşən mənzərənin mühüm tərkib hissələridir. Mədəniyyətimizdə, incəsənət musiqimizdə böyük dönüşlər, meyllər yarandığı kimi aşıq musiqisi, aşıq sənəti sahəsində yeniliklər görünməkdədir. Təsadüfi deyil ki, Azərbaycan Aşıqlar Birliyi bir çox yeni, gərəkli layihələr işləyib həyata keçirməyi planlaşdırır, bu işlə ciddi şəkildə məşğuldur. Dediklərimizə nümunə kimi Birliyin nəşr etdirdiyiOzan-aşıq dünyası (haqqa qovuşan aşıqlarımız)” adlı kitabı göstərə bilərik. Kitab 144 səhifədən ibarətdir. Bu kitab Azərbaycan aşıqlarının V qurultayından (2008-ci il avqust) sonra Birliyin həyata keçirdiyi layihələrdən ən dəyərlisi hesab oluna bilər. Musa Nəbioğlunun hazırladığı bu kitab-albomun layihə rəhbəri baş məsləhətçisi xalq şairi, AAB-nin sədri Zəlimxan Yaqub, redaktorları professor Məhərrəm Qasımlı filologiya elmləri üzrə fəlsəfə doktoru Elxan Məmmədlidir. Kitab-albom Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr olunmuşdur. Kitab Zəlimxan YaqubunBorcumuzdur bu ehtiramadlı ön sözü ilə başlayır. Görkəmli şairimiz Zəlimxan Yaqub kitabın nəşrinin məqsədini belə açıqlayır: “Məqsəd ondan ibarətdir ki, ozan-aşıq sənətində fəaliyyəti , xidməti olmuş insanların imkan daxilində heç biri yaddan çıxmasın, heç kəs unudulmasın. Bu şəkil məlumatlarla yaxından tanış olduqca istər-istəməz insanın içindən bir yanğı hissi gəlib keçir. Bir görün qədər böyük sənətkarlar, böyük şəxsiyyətlər, sinəsi sözlə dolu, xəzinəli insanlar itirmişik... Bu kitabda yazıdan daha çox şəkillər danışır. Çəkildliyi andan tarixə dönən, bizə çox həqiqətləri, çox mətləbləri aşkar edən şəkillər! Hər şəkil bir tarixdi, yaddaşdı, xatirədi, keçmişi bu günə gələcəyə qovuşduran mənəviyyat körpüsüdür”. Kitabın müəllifi Musa Nəbioğlu S.Mümtaz adına Ədəbiyyat İncəsənət Arxivində günlərlə, aylarla çalışmaq bahasına təxminən 200-dən artıq el aşığı haqqında olan qovluqları diqqətlə araşdırmış, fotoların yararlı halda olanlarını seçib-sanballamış, məlumatları, yazıları dönə-dönə saf-çürük edərək son variantda cəmləməyə nail olmuşdur. Bundan əlavə mümkün olan qədər dünyasını dəyişmiş sənətkarların yaxınlarını axtarmış, soraqlamış, onlardan da bilgilər toplamış, fotolarının gətirib çatdırmalarını xahiş etmiş, əksər hallarda buna nail ola bilmişdir. Doğrudur, şair yazıçılarımızın foto albomlarını hazırlayıb-çap etdirmək ənənəsi nəşriyyat işində yeni deyil. Amma aşıqlar barəsində bunu deyə bilmərik, çünki şairlərin şəxsi arxivi, ev muzeyləri olduğu halda, aşıqlarda belə hala təsadüf edilmir (yalnız Hüseyn Hacıquluoğlunun yaratdığı Aşıq Ələsgər muzeyini deyə bilərik). Sonda bir daha demək istəyirəm ki, “Ozan aşıq dünyası (haqqa qovuşan aşıqlarımız)” adlı kitab-albom ilk təşəbbüs kimi ədəbiyyat mədəniyyət sahəsində olduqca qiymətli hadisədir. Həmçinin haqqa qovuşmuş aşıqlarımızın unudulmaz xatirələrinə dərin hörmət ehtiram ifadəsi kimi təqdirəlayiqdir.

 

 

İsmayıl MƏMMƏDOV,

filologiya elmləri doktoru,

 professor

 

525-ci qəzet.- 2010.- 5 noyabr.- S.7.