Dünya teatr prosesinin problemləri və perspektivlərilə bağlı konfrans yekunlaşıb

 

Bakıda keçirilənDünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər alternativlərmövzusunda beynəlxalq elmi-praktik teatr konfransı noyabrın 10-da öz işini davam etdirib. Növbəti mərasimin aparıcısı Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov olub. Giriş sözü ilə çıxış edən direktor mərasimdə iştirak edənləri salamlayıb ilk sözü İrina Kruzilinaya verib. ABŞ-da geyim üzrə rəssam-dizayner kimi fəaliyyət göstərən İ.Kruzilina çıxışında bu sahənin incəliklərini, rəssamlıqda əhəmiyyətli ştrixləri diqqətə çatdırıb. Daha sonra iclasda Litva, ABŞ, Böyük Britaniya, Azərbaycan, Çin, İran, Türkiyə, Almaniya, Yunanıstan, Rusiya, İsveçrə digər ölkələrdən gəlmiş teatrşünaslar çıxış ediblər. Çıxış edənlər əsasən öz ölkələrində teatrların yaranma tarixi, həmin ölkələrdə keçirilən festivallar, səhnələşdirilən tamaşalar, teatr rəssamlığı, aktyorların geyimi, müasir tamaşaçını düşündürən məsələlər, səhnə tərtibatı, teatrla bağlı dünyada mövcud qaydalar digər mövzular haqqında ətraflı məlumat veriblər.

Konfransın işini yüksək qiymətləndirən Böyük Britaniyadan olan şair teatrşünas Devid Pərri Bakıda belə bir konfransın təşkil olunmasını yüksək qiymətləndirdiyini, konfrans çərçivəsində eyni peşəni bölüşən həmkarları ilə fikir mübadiləsi apardıqlarını dilə gətirib.

Litvanın mədəniyyət nazirinin müavini Deyvidas Staponkus isə çıxışında Litva teatrının 4 əsrlik yaranma tarixindən, keçirilən festivallardan danışaraq bu konfransda ölkəsini təmsil etdiyi üçün qürur hissi duyduğunu bildirib. Avstriya Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, yazıçı-dramaturq Reinhard Auer dünyada baş verən teatr prosesləri haqqında öyrənmək, fikir mübadiləsi aparmaq məqsədilə təşkil edilmiş konfransın Azərbaycanda keçirilməsini ölkəmiz üçün möhtəşəm bir hadisə kimi qiymətləndirib. Reinhard Auer konfransın teatr sənəti üzrə fikir təcrübə mübadiləsinin inkişafına təkan verərək gələcəkdə bu sahədə daha əhəmiyyətli uğurlar əldə etməyin mümkünlüyünü bildirib. İclasda çıxış edənlər bugünlər ərzində baxdıqları tamaşalar haqqında fikirlərini dilə gətirərək, səhnə əsərlərində müasirlik duyulduğunu diqqətə çatdırıblar. Konfrans çərçivəsində Azərbaycan teatr portalının pilot layihəsinin təqdimatı keçirilib. PortalıMusiqi dünyasıjurnalının baş redaktoru, professor Tariyel Məmmədov festival iştirakçılarına təqdim edərək, Azərbaycanın bütün teatrlarını əks etdirəcək portal haqqında ətraflı məlumat verib: “Portalda Azərbaycanda fəaliyyət göstərən 27 dövlət teatrının hər biri haqqında geniş məlumatlar, video materiallar, mədəniyyət xadimləri barədə məlumatlar, onların əlyazmaları, məktubları yerləşdiriləcək. Portalın hazırlanması təşəbbüsü Mədəniyyət Turizm Nazirliyinə məxsusdur. Bu portal üç dildəAzərbaycan, rus ingilis dilində istifadəyə veriləcək. Bütün dünyadakı teatrsevərlər bu portal vasitəsi ilə əsərlərlə, tamaşalarla tanış olmaq imkanı əldə edəcəklər. Portalda “O olmasın, bu olsun”, “Koroğluoperasından, “Yeddi gözəlbaletindən nümunələr yer alacaq. Veb-sayt teatr haqqında bütün dünya üçün məlumat kitabçası olacaq.Bir ildən sonra böyük layihənin təqdimatını keçirmək fikrindəyik”.

Beynəlxalq elmi-praktik teatr konfransı çərçivəsində ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrlarında dramaturgiya plastikaya həsr olunmuş seminarlar gerçəkləşib.

Seminarlarda ABŞ-ın tanınmış teatrşünasları – Rut Maqraff Roberto Verea çıxış ediblər. Mütəxəssislər iştirakçılarla bilik təcrübələrini bölüşmüş, müasir teatrın forma məzmunundan, dünyada mövcud məşhur teatrların üslub ənənələri haqqında fikir bölgüsü aparıblar. Çıxış edənlər dramaturgiyanın güclü inkişaf etdiyi ölkələrdə teatrların böyük marağa səbəb olduğunu bildiriblər. Beynəlxalq elmi-praktik teatr konfransı Mədəniyyət Turizm Nazirliyi, Milli Elmlər Akademiyası Azərbaycan Teatr Xadimləri İttifaqı birgə təşkil edib.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 12 noyabr.- S.7.