“Əlavə təsir” bədii filminə ilk baxış keçirilib

Heydər Əliyev Sarayında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan “Əlavə təsir” bədii filminə ilk baxış olub. APA-nın məlumatına görə, film Azərbaycan polisinin xidməti fəaliyyətinə həsr edilib. Daxili işlər orqanlarının əməkdaşları filmin ilk tamaşaçıları olublar. Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdaxili işlər naziri Ramil Usubov çıxış edərək, yaradıcı heyəti təbrik ediblər. Filmin quruluşçu rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Elza AğayevaRamiz Fətəliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Aygün Səmədzadədir. Filmdə aktyorlar Əbdülqəni Əliyev, Kənan Mahmudov, Xalidə Quliyeva, Gülzar Qurbanova və başqaları çəkiliblər.

 

525-ci qəzet.- 2010.- 30 noyabr.- S.7.